II Yazı

Birinci yazıda reklam bazarı və televiziya xərclərinə diqqət çəkdik. İndi digər vacib problemlərə də nəzər salaq.

Artıq qeyd etdiyim kimi, Azərbaycanda xeyli sayda tamaşaçı xarici telekanallara baxmağa üstünlük verir. Xarici kanallar arasında əsas yerləri Türkiyə və Rusiya kanalları tutur. Əfsuslar olsun ki, xarici kanallara meyil ildən-ilə artmaqdadır. Ən acınacaqlısı isə odur ki, xarici kanallara baxanlar arasında cəmiyyətin düşünən kəsimi, intellektual hissəsi çoxluq təşkil edir. Bu insanlar yerli kanallarda zövqlərini oxşayan, onları düşündürən, maraqlandıran, əyləndirən proqramlar görmədikləri üçün xarici kanallara üz tuturlar. Yerli kanallar belə tələbkar tamaşaçını itirdikcə əyalət səviyyədinə enməsi daha da sürətlənir.

Qəribəsi isə budur ki, kanallarda verilişlərin səviyyəsi aşağı olduqca, reytinqi yüksək olur. İlk baxışdan bu absurd görünsə də, həqiqətdir. Televiziya kanalları öz tamaşaçısının sosial sifarişini yerinə yetirməyə məcburdur. Əks halda kanalın sonunu tezləşər. Tamaşaçının sosial sifarişi ilə hazırlanan proqramlar reytinq qazanır. Reytinq aşağı olanda kanalın gəlirləri də azalır. Bu öldürücü formul özəl kanallarımıza qənim kəsilib. Ona görə də kanallarımız şit, bayağı, səviyyəsiz proqramlardan əl çəkə bilmirlər və bu proqramların girovuna çevriliblər. İlbəil bu proqramların sayı da, efir vaxtı da artmaqdadır. Bir neçə il bundan qabaq 1.5-2 saat davam edən belə proqramlar indi 4-5 saat fasiləsiz yayımlanır. Bu proqramlara dəvət olunan "ekspertlər" isə ayrı bir mövzudur. Məgər Azərbaycanda sosioloq, filosof, alim, ziyalı, mütəxəssis yoxdur ki, bu proqramlara dəvət olunsunlar? Əlbəttə ki, var. Sadəcə ağıllı, dünyagörmüş, savadlı, özünə hörmət edən insanlarımız belə proqramlara gəlib iştirak etməyi özlərinə ar bilirlər. Əslində özəl kanallarımızda yayımlanan belə verilişlərlə cəmiyyətimizin üzdə olan ziyalıları arasında dərin bir uçurum yaranıb. Bu uçurumun səbəbi səviyyəsizlikdir. Səviyyəsizliyin səbəbi isə obyektiv səbəblərdən yaranmış vəziyyətdir. Saatlarla efir vaxtı ayrılan “sosial” proqramlar və üzdəniraq müğənnilər üzərində qurulan verilişlər belə vəziyyət davam etdikcə artacaq. Nəticədə isə özəl kanallarımız bir tərəfdən düşünən, savadlı, intellektual, ziyalı tamaşaçılarını itirəcək, digər tərəfdən isə tamaşaçısının zövqünü daha da korlayacaq. Ən acınacaqlı və təhlükəli hal odur ki, özəl kanallarımızdan uzaq düşən Azərbaycan tamaşaçısı xarici ölkələrin informasiya təsirinə məruz qalır.

Birinci yazımızda reytinq və reklam qiymətləri haqqında məlumat verdim. Bir məsələni də diqqətinizə çatdırmalıyam ki, yaranmış mənzərəni tam aydınlıqla hiss edəsiniz. Televiziya və radio yayımında “Prime time”, yəni əsas vaxt, baxımlı vaxt anlayışı var. Televiziyada baxımlı vaxt saat 19:00-dan 24:00-a qədər davam edir. Həmin vaxt daha çox tamaşaçı televizor qarşısında cəmləşir. Reytinqlər də əsasən bu saatlarda qazanılır. Digər saatlarda reytinqlər adətən aşağı olur. Ona görə də “efirin bütün saatlarında reytinq əldə edib böyük qazanca nail olmaq olar” düşüncəsi yanlışdır. Bundan başqa yay aylarında, iyunun 15-dən sentyabrın 15-nə qədər televiziyalarda “ölü aylar” sayılır. Bu müddət ərzində verilişlər məzuniyyətə çıxır və kanallar sentyabrın 15-dən başlayan yeni mövsümə hazırlaşırlar. Yay aylarında baxımlılıq 2-3 dəfə aşağı düşür və kanallar kifayət qədər qazanc əldə edə bilmirlər.

Belə uzun uzadı, detallı analiz aparmaqda məqsədim sizdə obyektiv təsəvvür yaratmaqdır. Yəni hər şey kənardan göründüyü kimi deyil. Özəl kanallarımızın belə vəziyyətə düşməsinin, qınaq obyektinə çevrilməsinin səbəblərini aydınlaşdırmadan çıxış yolunu axtarmaq doğru olmaz.

Tez-tez belə bir sualla rastlaşırıq ki, telekanallarda yayımlanan səviyyəsiz verilişlər efirə necə yol tapır? Bəs Azərbaycan Audiovizual Şurası hara baxır? Çoxlarında belə bir təəssürat var ki, Audiovizual Şura istənilən proqramı bağlaya, istənilən verilişin yayımını dayandıra bilər. Əslində isə Audiovizual Şuranın belə bir səlahiyyəti yoxdur. Televiziya və radio kanalları öz fəaliyyətlərində tam müstəqil və sərbəstdirlər. Şuranın vəzifəsi “Media haqqında” Azərbaycan Respublikasının Qanununun və digər qanunların audiovizual media sahəsində tənzimlənməsini və qüvvədə olan normativ hüquqi aktlara əməl edilməsinə nəzarəti həyata keçirmək, audiovizual media sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etməkdir. Etni zamanda inzibati xəta əlamətləri aşkar edildikdə “Media haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görür.

Göründüyü kimi, Audiovizual Şura inzibati yollarla hər hansı bir verilişin yayımını dayandırmaq və ya dəyişmək səlahiyyətinə malik deyil. Belə olan halda milli özəl televiziya və radio kanallarımızı bayağı verilişlırdən, zərərli proqramlardan necə xilas etməli? Çıxış yolu varmı? Necə və nə etmək lazımdır ki, televiziya və radio kanallarımız milli, mənəvi dəyərlərimizin, mədəniyyətimizin, milli varlığımızın, adət-ənənələrimizin, dövlət və milli maraqlarımızın təbliğinə daha çox vaxt ayırsınlar? Nə və necə edək ki, milli özəl kanallarımız tamaşaçıların zövqünü korlamasın, min illərlə formalaşan adət-ənənələrimizin məhv olmasında iştirakçı olmasınlar?

Nə və necə edək ki, informasiya və efir məkanımızın təhlükəsizliyini təmin edək, tamaşaçılarımızın xarici informasiya təsirinə düşməsinin qarşısını alaq?

İllərlə apardığım müşahidə və mülahizələrim, eyni zamanda 30 illik televiziyada fəaliyyətim əsas verir ki, milli televiziya və radio kanallarımızda keyfiyyət dəyişikıiyi həyata keçirmək, kanallarımızın milli-məməvi dəyərlərimizin, mədəniyyətimizin, əxlaq və ailə kodeksinin təbliğində, gənclərimizin zövqünün, dünyagörüşünün formalaşmasında vacib vasitəyə çevrilməsi üçün təkliflərimi diqqətinizə çatdırım. Eyni zamanda bu mənim vətəndaşlıq borcumdur.

Təklif edirəm ki, özəl televiziya və radio kanallarımızın fəaliyyətini dövlətimizin və millətimizin maraqlarına uyğun tənzimləmək, müasir tələblərə cavab verən səviyyəyə qaldırmaq, müxtəlif zövqlü və dünya günya görüşlü tamaşaçıların maraqlarını təmin etmək üçün ümumrespublika özəl kanallarına dövlət büdcəsindən müəyyən məbləğ ayrılsın. Beş il müddətində kanalların əsas xərcləri (əmək haqqı fondu, yayım üçün Rəqəmsal İnkişaf və Rabitə Nazirliyinin müxtəlif idarələrinə, “Azərkosmos”a xidmət haqqı, çəkiliş və yayım avadanlıqlarının yenilənməsi və s.) dövlət düdcəsindən ayırmalar hesabəna həyata keçirilsin. Bunun üçün hər il minimum 10, maksimum 15 milyon manat tələb olunur. Əslində dövlət büdcəsi üçün bu, elə də böyük vəsait deyil. Əvəzində isə biz ildən ilə daha çox deqradasiyaya uğrayan, daha çox bayağılaşan, daha çox zərərli tendensiyalara meyillənən, tamaşaçıların zövqünü korlayan, insanlarımızı xarici kanallara baxmağa məcbur edərək digər dövlətlərin informasiya və təbliğat təsir dairəsinə sövq edən milli kanallarımızı xilas etmiş olarıq. Dövlət büdcəsindən ayrılan vəsaitin təyinatı üzrə xərclənməsi üçün Audiovizual Şurada mexanizm yaradıla bilər. Eyni zamanda, Milli Məclisdə və ya Azərbqycan Respublikasının Prezidenti yanında televiziya və radio kanallarının keyfiyyətli fəaliyyəti üçün təkliflər hazırlayan və buna nəzarət edən İctimai Şura təşkil oluna bilər. Bu Şura Audiovizual Şuraya paralel deyil, tam fərqli formada yaradılmalıdır. Beş il ərzində dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına bütün özəl ümumrespublika kanallarının fəaliyyətini arzuolunan səviyyəyə çatdırmaq olar. Eyni zamanda reklam bazarında ciddi uğurlar qazanmış olarıq. Kanallar maliyyə sıxıntılarından xilas olduqca qlobal reklam şirkətlərinin təzyiqlərindən də xilas olacaqlar. Belə olan halda ölkəmizdə reklam bazarının həcmini və reklam qiymətlərini 3-5 dəfə artırmış olarıq. Bu beş il müddətində ciddi islahatlar hesabına televiziya və radio kanallarımız keyfiyyətli, baxımlı proqramlarla özündən küsdürdüyü tamaşaçıları özünə qaytara bilər.

Bir həqiqəti bilmək lazımdır ki, Azərbaycanda reklam büdcəsi və reklam qiymətləri artmadıqca televiziya və radio kanallarımızın inkişafından danışmağa dəyməz. Reklam büdcəsinin və reklam qiymətlərinin artımına isə, qeyd etdiyim kimi, qəbul ediləcək beş illik dövlət proqramı əsasında dövlət büdcəsindən ayrılmış vəsaitlərin hesabına nail olmaq olar. Reklam büdcəsi və reklam qiymətlərinin artımı eyni zamanda telekanalların büdcəyə ödədiyi vergiləri də 3-5 dəfə artıracaq. Yəni beş ildən sonra dövlət ayırdığı vəsaiti vergi şəklində özünə qaytaracaq.

Digər vacib bir məsələ kadr problemi ilə bağlıdır. Bir çox istedadlı, savadlı kadrlar müxtəlif səbəbdən bu sahədən uzaqlaşırlar. Onların yerini isə təsadüfi, ağlı, istedadı, intellekti qənaətbəxş olmayan, bayağılığı təbliğ etməyə meyilli olan kadrlar tutur. Televiziya proqramları müxtəlif peşə sahiblərinin birgə əməyi nəticəsində başa gəlir. İşə girəndə yazdığı 3-4 cümləlik ərizədə 5-6 səhv buraxan adam efirdən xalqa, millətə dərs keçir və ya toylarda çəkiliş aparmaqla kamera tutmağı öyrənən televiziyada operator kimi çalışır. Telekanallarımızın xidmətləri sayəsində gənc oğlan və qızlarımızın böyük əksəriyyəti ya aparıcı, ya da müğənni olmaq arzusu ilə yaşayırlar. Bu arzularına çatmaq üçün də hər vasitədən istifadə etməyə hazırdırlar. Bu gənclər elə düşünür ki, televiziyada ancaq "müğənniləri" və ya başqalarını xoruz kimi döyüşdürmək lazımdır. Ya da öz dünyagörüşünə, maraqlarına uyğun düşünürlər ki, tamaşaçını "müğənnilərin" şəxsi həyatından, qarderobundan, yaşayış tərzindən başqa heç nə maraqlandırmır. Əlbəttə ki, hər bir kanalda ağıllı, savadlı, təcrübəli, peşəkar işçilər də çoxdur. Lakin onların sayı ildən ilə azalır. Yerinə isə “xoruz döyüşdürənlər” gəlir.

2010-cu ildən Azərbaycan Televiziyası nəzdində Azərbaycan Televiziya və Radio Akademiyası fəaliyyət göstərir. Düşünürəm ki, Akademiyanın statusunda müəyyən dəyişiklik və əlavələrin edilməsi olduqca vacibdir. Yəni ATRA teleradio sahəsində savadlı, istedadlı mütəxəssislər yetişdirmək üçün emalatxanaya çevrilməli və ölkə üzrə bütün kanalların yüksək səviyyəli kadrlarla təmin olunmasına şərait yaradılmalıdır. ATRA AzTV-nin tərkibində və həm də ərazisində yerləşir. Gənc tələbələr verilişlərin hazırlanmasının bütün proseslərində yaxından iştirak edə bilərlər. Bizim yüksək səviyyəli peşəkar televiziya veteranları təhsil alan gənclərimizin yetişməsində öz töhfələrini verə bilərlər. Savadlı, məlumatlı, geniş dünyagörüşə malik redaktorlar, aparıcılar, rejissorlar, operatorlar, səs rejissorları, rəssam və dekorçular, video mühəndislər, İT mütəxəssisləri, proqram analitikləri, efir rejissorları, arxiv üzrə mütəxəssislər və s. Akademiyada həm nəzəri, həm də praktik baxımdan yetişdirilməli və bütün kanallar kadrlarla təmin etməlidir. İlkin olaraq bu vacib məsələ dövlət sifarişi ilə həyata keçirilı bilər. Gələcəkdə isə kanallar ATRA-ya mütəxəssis yetişdirmək üçün sifariş verə bilərlər. Hər halda bunun bir mexanizmini yaratmaq olar.

Milli televiziya kanallarımızın normal fəaliyyətinə və inkişafına əngəl olan daha bir məsələyə toxunmağı vacib sayıram. Müasir dünyanı kabel televiziyasız təsəvvür etmək mümkün deyil. Kabel televiziyası bütün dünyada geniş yayılmış biznes növüdür. Telekommunikasiya texnologiyarı inkişaf etdikcə kabel televiziyası cəlbedici biznes kimi formalaşıb. Əslində bu parazit biznes sahəsi başqalarının istehsal etdiyi və yayımladığı proqramları retronslyasiya edərək heç bir əmək sərf etmədən külli miqdarda qazanc əldə edirlər. Bəs kabel televiziyalarının yaratdığı problemlər hansılardır?

Kabel televiziyalarına reklam fəaliyyəti ilə məşğul olmaq qanunla qadağandır. Bu operatorların bizə təklif etdiyi bütün kanallar öz ölkələrində necə yayımlanırsa, bizdə də heç bir məhdudiyyət qoyulmadan yayımlanır. Ölkəmizdə kabel televiziya operatorları əsasən Türkiyə və Rusiya kanallarını təklif edirlər. Bizim reklam bazarı da bu ölkələrlə sıx bağlıdır. Yəni qlobal reklam nəhəngləri regional ofis vasitəsi ilə Azərbaycanla əməkdaşlıq edirlər. Həmin regional ofis həm Türkiyə, həm Rusiya, həm də Cənubi Qafqaz ölkələri və regionun digər ölkələri ilə çalışırlar. Reklam şirkəti Türkiyə kanallarından qiymət təklifi istəyəndə, həmin kanallar yüksək qiymət təklif edirlər və bunun səbəbini onunla izah edirlər ki, bizim kanal Azərbaycanda da olduğu kimi yayımlanır və sizin reklamınızı Azərbaycan tamaşaçısı da görür. Həmin qlobal reklam şirkəti isə öz növbəsində Azərbaycan kanallarına təzyiq göstərir ki, reklam qiyməti aşağı salınsın.

Bunu belə izah edir ki, mənim reklam məhsulum regionun bütün ölkələrində yayımlanır və Azərbaycan tamaşaçısı kabel televiziya operatorları vasitəsi ilə bizim reklam məhsulunu görürlər. Bu səbəbdən də reklam qiymətlərinin qaldırılmasına daha bir əngəl yaranır. Bir tərəfdən reklam bazarının kiçik olması, reklam qiymətlərinin aşağı olması, yerli reklam məhsullarının çox az olması və digər tərəfdən kabel televiziya operatorlarının belə fəaliyyəti özəl kanallarımızın inkişafına maneələr yaradır.

Bəs bu vəziyyətin yaranmasına səbəb nədir? Səbəb çox sadə və adidir. Kabel televiziyası xarici ölkə kanallarla müqavilə bağlayarkən reklam bloklarının kəsiləcəyi haqqında maddə daxil edərsə, o zaman bu kanala daha artıq vəsait ödəməlidir. Misal üçün, əgər reklam blokları kəsilmədən yayım davam edərsə, 100 manat ödənilir (məbləğ şərtidir), reklam blokları qapanarsa, o halda 200-250 manat ödənilməlidir. Operatorlar da artıq vəsait ödəməmək üçün birinci variantı seçirlər.

Operatorlar yerli kanallara isə ümumiyyətlə heç nə ödəmirlər. Kanal ödəniş tələb edərsə, operator buna razı olmaya və həmin kanalı paketdən çıxara bilər. Bu da yüz minlərlə tamaşaçı itkisi deməkdir. Tamaşaçı itirilirsə, gəlirləri da azalmış olacaq. Bax belə bir çətin durum özəl kanalların işini daha da çətinləşdirir.

Bəs əslində necə olmalıdır?

Kabel televiziya operatorları istənilən kanalla müqavilə bağlayanda həmin kanalın efir cədvəli müqaviləyə əlavə olunmalıdır. Kanalların efir cədvəli hər mövsümün əvvəlində tərtib olunur və həmin cədvəldə hər saatda hansı proqramın yayımlanması dəqiqəsinə qədər ölçülür. Xüsusi kompüter proqramları ilə verilişlər efirə yüklənir və yayımlanır. Qabaqcadan reklam keçidləri hesablanır. Əvvəlki illərdəki kimi kassetlərin yerdəyişməsinə ehtiyac yoxdur. Kabel televiziya operatirları kanallarla normal müqavilə imzalayacaqları halda, kanallar efir cədvəlini təqdim edəcəklər. Hər kanalın efir cədvəlinə uyğun olaraq reklama keçid zamanı yayım dayandırılmalı, reklam bitdikdən sonra yayıma davam edilməlidir. Belə olacağı halda dövlətimiz də olduqca ciddi resurlar əldə etmiş olur. Yayımlanan bütün xarici və yerli kanalların reklam vaxtları Azərbaycan dövlətinin istifadəsi üçün fürsət yaradır. Yəni dövlət hər saatın 20%-i qədərində sosial, maarifləndirici, təbliğat, vətənpərvərlik və s. mövzularda çarxlar yayımlaya bilər. Bu olduqca böyük imkanlar deməkdir. Mən bir neçə dəfə bu məsələni qaldırmışam. Lakin operatorlar bunun texniki cəhətdən mümkünsüz olduğunu iddia edirlər. Əslində isə bu asanlıqla başa gələ biləcək məsələdir. Xüsusi lisenziyalı proqramlar vasitəsi ilə qabaqcadan təqdim olunmuş efir cədvəllərinə uyğun olaraq kanalların reklam bkokları qapadılır. Əvəzində dövlət orqanlarının təqdim etdiyi sosial, təbliğat, maarifləndirici çarxlar yayımlanır.

Kabel televiziya operatorlarının fəaliyyəti şəffaf olarsa, o zaman abunəçilərin sayına və ödədiyi məbləğə uyğun olaraq xarici kanallarla müqavilələr bağlanar. Bu zaman kabel televiziya operatorları 90% deyil, 50% qazanc əldə edərlər. Dövlətimiz də bunun hesabına əhalini maarifləndirmək və digər məqsədlər üçün geniş imkanlar qazanmış olar. Reklam bazarında və reklam qiymətlərində də müsbət dəyişikliklər baş verər.

Çox istərdim ki, peşəkar həmkarlarım, ziyalılarımız, düşünən insanlarımız milli televiziya kanallarımızın inkişafına dair fikirlərini bildirərək açıq müzakirədə iştirak etsinlər. Gənclərimizin, insanlarımızın zövqünün, dünyagörüşünün formalaşmasında milli mənəvi dəyərlərimizin, mədəniyyətimizin, adət-ənənələrimizin təbliğində, əhalinin maariflənməsində, dilimizin, musiqimizin saflığının, milli kimliyimizin qorunmasında müstəsna rolu olan televiziya kanallarımızın doğru, düzgün fəaliyyətinə maneələr yaradan amillərin aradan qaldırılmasına və kanallarımızın qınaq obyektinə deyil, informasiya almaq, maariflənmək, əylənmək, məlumatlanmaq, zövq almaq vasitəsinə çevrilməsi üçün təklifləriniz maraqlı və vacib olar. Şübhə etmirəm ki, hamımızı narahat edən bu problemi birlikdə aradan qaldıra bilərik.

Mən qabaqcadan bilirəm ki, yazdıqlarıma əks fikirdə olanlar da olacaq. Özəl kanalları biznes strukturu kimi dəyərləndirənlər də az olmayacaq. Kimisi bunu dövlətin informasiya məkanını nəzarətə götürmək cəhdi kimi qiymətləndirəcək. Hətta bəzi beynəlxalq təşkilatlar buna irad da bildirəcəklər.

Biz yaxşı olar ki, kiminsə iradını eşidək, nəinki, informasiya, efir məkanımızı təhlükəyə ataq. İmkan verməməliyik ki, əhalinin bir hissəsi xarici dövlətlərin informasiya, təbliğat təsirinə düşsün.

20 Noyabr 2024 Türkiyənin məşhur aktyoru Bakıda - Foto
11 Noyabr 2024 Ərbil saxlanıldı, Sərdar Ortaç axtarışa verildi
05 Noyabr 2024 Meksika səfirliyində Ölülər Günü qeyd edilib
05 Noyabr 2024 "Yanında qız olan oğlan olmaq istəyirəm” - FOTO
05 Noyabr 2024 Məşhur türk serialında Azərbaycan mahnısı - Video
26 Oktyabr 2024 Şahlar Quliyev dəfn olundu
26 Oktyabr 2024 Bir qrup beynəlxalq səyyah Şuşaya gəldi
24 Oktyabr 2024 Tarzan öldü
22 Oktyabr 2024 “Mehmed: Fəthlərin Sultanı” serialı Kann Film Festivalında
18 Oktyabr 2024 Xalq artisti oğlu və qızı ilə Hindistanda - Video/Foto
09 Oktyabr 2024 "Kuruluş Osman"ın aktyoru yeni serialda - FOTO
07 Oktyabr 2024 Qarabağ savaşından film çəkiləcək - Ərhan Ufak
05 Oktyabr 2024 Tatlısəs növbəti dəfə məhkəməyə verildi
20 Sentyabr 2024 Qərbi Azərbaycanda Manna məbədi dağıdılır
18 Sentyabr 2024 Rus alim darmadağın etdi: Bütün dahilərimiz türkdür!
17 Sentyabr 2024 "Bir qalanın sirri" filminin çəkiliş prosesindən nadir görüntülər
13 Sentyabr 2024 Rusiyanın Elçibəyi öldürmək istəyən məşhur dəstəsi…
31 Avqust 2024 Tanınmış şairin səhhəti yenidən pisləşdi
29 Avqust 2024 Ermənilər onları atıb, Qarabağ geyimlərini geyinirdilər…
27 Avqust 2024 Türkiyəli məşhur aktrisa öldü
22 Avqust 2024 "Atabəylər" serialının çəkilişləri bitdi
17 Avqust 2024 Məşhur türkiyəli aktyor vəfat etdi
17 Avqust 2024 Şərqi Zəngəzurun unudulan zinət əşyaları...
13 Avqust 2024 Azərbaycandan Avropaya uzanan ənənə... - Foto
12 Avqust 2024 Tom Kruzdan bağlanış mərasimində şok hərəkət - Video
09 Avqust 2024 Rasim Balayevin ad günündən görüntülər - VİDEO
09 Avqust 2024 "Tağıyev" filminin çəkilişləri başa çatdı
06 Avqust 2024 Türkiyənin məşhur serialında Nəsimi ilə bağlı ŞOK səhnələr – VİDEO
06 Avqust 2024 Milli geyimlərimiz filmlərdə... - Video
21 İyul 2024 Türkiyəli məşhur aktyor vəfat etdi