Son xəbərlər

 

Babək Xürrəminin anası Mehru Xatuna Bəruşəndə, Börümən, Bərumid- Bərumənd kimi yanaşan tədqiqatçılar əsl adı qeyd etməyi unudurlar.

Əsl adı Mahru Xatun olan Babəkin anası (farsca “Ay üzlü” və ya “gözəl” mənasını verir) ərəblərin və farsların yazdığı kimi nə bir gözü kor olub, nə qulluqçu işləyib, nə də əxlaqsız qadın olub. “Ay üzlü” kimi qəbul edilən bir xanım necə çirkin və kor qadın ola bilərdi?

Əlbəttə, burda ərəblərin nifrətini görmək olur.

Ona bu böhtanları atan müəlliflər Babək kimi tarixi şəxsiyyəti gözdən salmaq niyyəti güdürlər. Onu adi yağ satanın oğlu kimi qələmə verirlər, ancaq atası yağ ticarəti ilə məşğul olurdu. Yeni üzə çıxan mənbələrdə göstərilir ki, onun atası Abdulla kəndin ən varlı adamı idi. Böyük evi, böyük torpaq sahələri vardı. Bəzz qalasının hakimi Cavidan ibn Sührək kəndə gələndə onun evində qonaq qalırdı. Qaynaqlar yazır ki, Cavidan dəstəsi ilə kəndə daxil olanda ən işıqlı ev Babəkin evi idi.

Onun atası yağ ticarəti ilə məşğul olduğu üçün Dehqan sayılırdı. Erkən orta əsrlərdə varlı mülkədarlara Dehqan deyilirdi. Qardaşı Abdulla edamdan əvvəl özünün də Dehqan olması ilə fəxr etdiyini dilə gətirmişdi.

Qeyd edim ki, əgər qeyd edildiyi kimi, Babəkin anası elə idisə, Cavidan kimi şəxs ondan öncə Babəki, sonra isə digər oğlu Abdullanı izn alaraq Bəzz qalasına aparmazdı. O dövrdə hökmü və nüfuzu, mövqeyi olmayan qadınlardan izn alınması mümkün deyildi.

Bəzi qaynaqlara görə Cavidan Babəki öz yanına dəvət edəndə, o cavab verib ki, atam eldən gedib deyə, anam tərəfindən “qolubağlı”yam. Babək kimi 16-18 yaşlarında yetkin bir insanın anasından izn alması üçün qadının yüksək mövqe tutması lazım idi. Xürrəmi qadınları xeyli sərbəst idilər və hətta cəmiyyətin idarə edilməsində aktiv rol oynayırdılar. Xürrəmi, məzdək və qədim türk inancına sadiq olan qadınların azadlığını ərəb müəllifləri “əxlaqsızlıq” adlandırdılar. Təbəri, İbn ən-Nədim, ibn-Kəsir… - bu cür iftira və böhtan dolu mənbələrə inanmaq mümkündürmü?

Babəkin atdığı addımlar Abbasilər sarayının yürütdüyü siyasətə qarşı idisə, təbii ki, həmin sarayın buyruq qulu olan ərəb tarixçisi onu öz cızma-qarasında bu sayaq aşağılamağa cəhd edəcəkdi.

Mahru Xatun ərinin ölümündən sonra onun ticarətini davam etdirmiş, övladlarını gənc yaşlarından zəhmətə alışdırmışdı. Onun dini baxışları haqqında çox ziddiyətli fikirlər var. Bəziləri onu zərdüşti, bəziləri müsəlman, bəziləri isə tanrıçı olduğunu yazır. Lakin bir həqiqət var ki, təkbaşına belə güclü və igid övladlar yetişdirmək üçün şəxsi nüfuz və tərbiyə önəm daşıyırdı. Onu kənd və ətraf ərazilərdə “Bərümən” deyə çağrırdılar. Mənası türk qıpçaq və oğuz ləhcəsində “pay verən” idi. Sonradan fars qaynaqları “Bərumənd” kimi onu qeyd etməyə başladılar. Farscaya keçərək “bərumənd”ə dönən “bərümən” sözümüz elə farscada da bərəkətli, məhsuldar, bəhərli deməkdir. Məna etibarı ilə adın eyni qalması bir daha fikirimizi təsdiq edir ki, Mahru Xatun adi qadın olmayıb. Avropa mənbələr yazır ki, Babəkin ana tərəfdən babası ərəb zülmünə qarşı ilk böyük üsyan edən Əbu Müslim Xorasani idi. Babək hərəkatı Əbu Müslüm tərəfdarları ilə sıx bağlı idi.

Oğlunun 20 illik mübarizəsində yanında olan anası Bəzz qalası süqut edəndə onu tək qoymur. Qaynaqlar yazır ki, Babək və onun bir neçə yoldaşı, o cümlədən qardaşı Abdullah, anası və arvadı dağlardan və meşələrdən keçərək Bizans İmperiyasına doğru gedirlər. Uzun müddət yol getdikdən sonra yorğun halda Babəkin hakimiyyəti dövründə dostluq etdiyi yerli feodallardan birinin mülkünə çatırlar və o, Babəki öz qalasında çətin vaxtı gözləməyə dəvət edir, onu sadiqliyinə inandırır, lakin böyük bir mükafat müqabilində qaçaqları Afşinə verir.

Babək Samirə şəhərinə aparılanda təxminən 60 yaşlı anası da onunla birlikdə olur. Həbsxanaya salınır. Deyilənə görə, elə orda da ölür.

03 Aprel 2025 Putinin adamı ABŞ-a Trampı sakitləşdirmək üçün gedib
05 Mart 2025 Rusiyanın Səfəvilərdən tələb etdiyi hədiyyə və… xəyanəti
04 Fevral 2025 Türkiyəli məşhur müğənni Bakıya gəlir
15 Yanvar 2025 Azərbaycanlı tələbənin Türkiyədə kitabı nəşr edildi
09 Yanvar 2025 Daha bir Hollivud aktyorunun evi yandı
07 Yanvar 2025 Nicat Rəhimovun səhhətində problem yarandı - Video
27 Dekabr 2024 Tarkandan təyyarə qəzasına reaksiya
26 Dekabr 2024 Türkiyəli məşhurlardan başsağlığı paylaşımları
17 Dekabr 2024 Polad müəllimə dedim ki, bir biclik etmək olar... - Aqil Abbas
17 Dekabr 2024 2025: Yaşıl ilan ilində bizi nələr gözləyir?
16 Dekabr 2024 Dünyanın ən bahalı xəncəri: Sultan Şaha göndərəcəkdi - Foto
11 Dekabr 2024 Məhkəmə: O adamdan qan çıxmalı idi, buna icazəm var
10 Dekabr 2024 Xalq artisti mülki iddia qaldırdı: 450 min manat istəyir
09 Dekabr 2024 Nəsiminin Suriyadakı məqbərəsi - Yeni video
06 Dekabr 2024 Məşhur aşpaz həbs cəzası aldı
06 Dekabr 2024 Nazirliyin sabiq əməkdaşı ABŞ-da diaspor təşkilatı yaratdı
06 Dekabr 2024 Ermənilər Şövkət Ələkbərovanın 4 mahnısını “mənimsədi”
05 Dekabr 2024 İlber Ortaylı xəstəxanaya yerləşdirildi
05 Dekabr 2024 “Vahid” serialdan gedir
05 Dekabr 2024 Sərdar Ortaç bu halı ilə sevənlərini üzdü - Foto
04 Dekabr 2024 Türk rejissor: Film çəkilişində Qarabağ qazisi gəldi ki…
20 Noyabr 2024 Türkiyənin məşhur aktyoru Bakıda - Foto
11 Noyabr 2024 Ərbil saxlanıldı, Sərdar Ortaç axtarışa verildi
05 Noyabr 2024 Meksika səfirliyində Ölülər Günü qeyd edilib
05 Noyabr 2024 "Yanında qız olan oğlan olmaq istəyirəm” - FOTO
05 Noyabr 2024 Məşhur türk serialında Azərbaycan mahnısı - Video
26 Oktyabr 2024 Şahlar Quliyev dəfn olundu
26 Oktyabr 2024 Bir qrup beynəlxalq səyyah Şuşaya gəldi
24 Oktyabr 2024 Tarzan öldü
22 Oktyabr 2024 “Mehmed: Fəthlərin Sultanı” serialı Kann Film Festivalında