Türkiyənin məşhur aktyorlarından biri, “Yaşılçam”ın simalarından olan Murad Soydan 83 yaşında həyatını itirib.
Kult.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Məlumata görə, türk sinemasının əfsanələrindən olan aktyorun qızı sosial şəbəkədə paylaşım edərək, atasının öldüyünü təsdiqləyib.
Qeyd edək ki, “Qolsuz qəhrəman” filmi ilə kariyerasına başlayan Murad Soydan ”Dünyanın ən gözəl qadını”, “Ayşəm”, “Yalan illər”, “'Qəhvəci gözəli”, “Sənə dönməyəcəyəm”, “Aprel yağışı”, “Sabah başqa bir gündür” kimi filmlərin baş rolunu canlandırıb. Bir çox filmlərdə aktyorun tərəf müqabili Türkan Şoray və Hülya Köçigid olub.