Son xəbərlər

 

Aparıcı, aktrisa Dilarə Əliyevanın Kult.az-a müsahibəsi:

 

- Dilarə xanım, deyirlər, insan hər şeyə öyrəşir. Oqtay bəyin yoxluğuna öyrəşə bilirsinizmi?

- İnsan sevdiyinin ruhunu şad etmək üçün həyatına davam edir, həm də onu yaşatmaqla yaşayır. Bu, sənin həyat tərzin olur, belə yaşamağa başlayırsan. Biz olumlu-ölümlü dünyada yaşayırıq. Nə qədər buna hazır olmasaq da, hər kəsin bu cür itkisi olur. Başqa bir həyatımız yoxdur - zamanla bunu anlayırsan. Bu barədə düşünmək də istəmirsən, amma yaşamağa davam edirsən…

- Oqtay bəyin vəfatından sonra işlər hansı istiqamətdə irəlilədi? Ağrınız çox olsa da, ayağa tez qalxmağı bacardınız. Hazırda nə edirsiniz? Oqtay bəyin yarımçıq qalan işləri, ya özünüzün yeni fəaliyyətiniz varmı?

- Əlbəttə ki, yarımçıq qalan işlər, arzular çoxdur. Hazırda onları yaratmaq yox, yarıtmaqla məşğulam. Bu işlər də məni toparlanmağa kömək etmiş olur. Oqtayın gördüyü bütün layihələr qaldığı yerdən davam edir. “Soy prodakşn”ın ərsəyə gətirmək ənənəsi var idi. Məsələn, “Cin atı” filmimiz kinoteatrlarda yayımlandı. Özəl film sektorunun tələblərinə uyğun çəkilmiş filmdir. Əlavə olaraq öz işimdə də irəli getmək üçün addımlar atdım, mədəni layihələr oldu. Oqtayın da baş produseri olduğu “Hoqqa” filmi Özbəkistanın “Renesans” kanalında özbək dilinə dublaj olundu, yayımlandı. İşlər yenə də çoxdur. “Soy prodakşn”da yeni layihələr də açıldı. Danışıqlar gedir, standap konsert olacaq. Əsas odur ki, mənim ən böyük görəcəyim iş Oqtaydan bizə qalan yadigarlarını - onun doğmaları, əzizləri, valideynlərini göz bəbəyim kimi qoruyuram, üstlərində əsirəm, bir ömür boyu da belə olacaq.

- Dilarə xanım, siz həm aparıcı, həm də aktrisa kimi fəaliyyət göstərmisiniz. Daha çox çal-çağırlı veriliş, obrazlarla xatırlanırsınız...

- Elədir, amma aktrisa kimi dram obrazlarına da çəkilmişəm.

- "Cavid ömrü" filmindəki həyat yoldaşı Müşkünaz obrazı?

- O filmə dəvət alanda bir çoxları birmənalı qarşılamadı. Məni daha çox komediyada gördükləri üçün Müşkünaz obrazını mənə yad gördülər. Amma sonra fikirlər dağıldı, dedilər, daha çox dramatik rollarda görmək istəyərdik, nəinki komediya. Hesab edirəm ki, komediya janrında da ciddi olmaq lazımdır. Mənim üçün ən ciddi janr komediya janrıdır. Orada doğru-dürüst olmaq, həddini aşmamaq, harada dayanmağı bilmək lazımdır. Əsas olan materialın önəminin olmasıdır, janrın yox.

- “Hoqqa” filmi də birmənalı qarşılanmamışdı. Deyirdilər, kommersiya xarakterlidir, bayağılıq var.

- Doğrusu, ilk dəfədir belə bir fikir eşidirəm, o da elə sizdən. Bəli, “Hoqqa” filmi kommersiya xarakterli filmdir. Bu cür filmləri yüksək sənət meyarları ilə müzakirə etmək, yüksək film adına təhlil etmək olmaz. Kommersiya xarakterıi filmlərin öz tələbi, istəkləri olur.

- Sosial şəbəkələrdə yoxsunuz. Bir dəfə səbəb kimi çəkindiyinizi də demişdiniz ki, qəribə şərhlər yazarlar. Deyəsən, tənqiddən çəkinirsiniz…

- Kaşki tənqid yazsınlar, tənqid yazanlarımız yoxa çıxıb. Təhqir var indi ancaq. İndiki zamanda özünü qorumaq üçün o cür adamlardan uzaq durmaq ən yaxşısıdır. Sosialdan uzaq durmaq səbəbim isə heç bu da deyil. Əslində, səbəb tapsam, olaram orada da. Maraqlı fikirlə orada olmaq daha yaxşıdır. Bunu tapanda olacam.

- Məşhur adamlar sosial şəbəkədə gündəlik həyatlarını da paylaşırlar. Məsələn, elə öz şəkillərini, hara gedib-gəldiklərini. Amma sizin, deyəsən, belə şeylərə də həvəsiniz yoxdur.

- Təbii ki, həvəsim yoxdur, belə şeylərlə özümü yükləmək istəmirəm. Gedib oturduğun, danışdığın nələrinsə təəssüratını sosial şəbəkə yaşamağa imkan vermir. İçəri girən kimi məkanın şəklini çək, gedişatı paylaş - adamı görmək istədiyi işdən də yayındırır. Razıyam, insanlara da maraqlı ola bilər sənətçinin bu cür həyatı.

- Dilarə xanım, maraqlıdır, siz hansı roldan imtina edərdiniz? “Qırmızı xətt”iniz nədir?

- “Qırmızı xətt” - oynaya bilməyəcəyim roldur.

- Ssenari daha vacibdir, yoxsa fərqi olmamalıdır, əsas obrazı necə canlandırmaqdır ?

- Mənim üçün birinci növbədə vacib olan materialdır, ssenaridir. Əsər insanı həyəcanlandırmalıdır, sonra da sən ora nəsə qatmalısan, yeni bir söz deməyi bacarmalısan. Bunlar yoxdursa, heç.

- Bəs hansında daha rahatsınız: Aparıcı, yoxsa aktrisa?

- Açığı, bu iki sahənin içində o qədər qaynayıb-qarışıb, doğmalaşmışam ki, bu suala qəfil cavab vermək çətin oldu. Heç bir fikrim yoxdur.

- Bəlkə anlıq olaraq deyəsiniz? İlk ağlınıza hansı gəlir?

- Onda belə deyim. Mən sıradan aparıcı deyiləm, aktrisa-aparıcıyam. Hər ikisi mənim üçün eyni dərəcədədir. Həm monoloqlar söyləyən, həm skeçlər oynayan, eyni zamanda da stəndap edən yeganə aktrisa-aparıcıyam hələki. Bunu da danışa-danışa müəyyən etdim ki, beləymişəm (gülür).

03 Aprel 2025 Putinin adamı ABŞ-a Trampı sakitləşdirmək üçün gedib
05 Mart 2025 Rusiyanın Səfəvilərdən tələb etdiyi hədiyyə və… xəyanəti
04 Fevral 2025 Türkiyəli məşhur müğənni Bakıya gəlir
15 Yanvar 2025 Azərbaycanlı tələbənin Türkiyədə kitabı nəşr edildi
09 Yanvar 2025 Daha bir Hollivud aktyorunun evi yandı
07 Yanvar 2025 Nicat Rəhimovun səhhətində problem yarandı - Video
27 Dekabr 2024 Tarkandan təyyarə qəzasına reaksiya
26 Dekabr 2024 Türkiyəli məşhurlardan başsağlığı paylaşımları
17 Dekabr 2024 Polad müəllimə dedim ki, bir biclik etmək olar... - Aqil Abbas
17 Dekabr 2024 2025: Yaşıl ilan ilində bizi nələr gözləyir?
16 Dekabr 2024 Dünyanın ən bahalı xəncəri: Sultan Şaha göndərəcəkdi - Foto
11 Dekabr 2024 Məhkəmə: O adamdan qan çıxmalı idi, buna icazəm var
10 Dekabr 2024 Xalq artisti mülki iddia qaldırdı: 450 min manat istəyir
09 Dekabr 2024 Nəsiminin Suriyadakı məqbərəsi - Yeni video
06 Dekabr 2024 Məşhur aşpaz həbs cəzası aldı
06 Dekabr 2024 Nazirliyin sabiq əməkdaşı ABŞ-da diaspor təşkilatı yaratdı
06 Dekabr 2024 Ermənilər Şövkət Ələkbərovanın 4 mahnısını “mənimsədi”
05 Dekabr 2024 İlber Ortaylı xəstəxanaya yerləşdirildi
05 Dekabr 2024 “Vahid” serialdan gedir
05 Dekabr 2024 Sərdar Ortaç bu halı ilə sevənlərini üzdü - Foto
04 Dekabr 2024 Türk rejissor: Film çəkilişində Qarabağ qazisi gəldi ki…
20 Noyabr 2024 Türkiyənin məşhur aktyoru Bakıda - Foto
11 Noyabr 2024 Ərbil saxlanıldı, Sərdar Ortaç axtarışa verildi
05 Noyabr 2024 Meksika səfirliyində Ölülər Günü qeyd edilib
05 Noyabr 2024 "Yanında qız olan oğlan olmaq istəyirəm” - FOTO
05 Noyabr 2024 Məşhur türk serialında Azərbaycan mahnısı - Video
26 Oktyabr 2024 Şahlar Quliyev dəfn olundu
26 Oktyabr 2024 Bir qrup beynəlxalq səyyah Şuşaya gəldi
24 Oktyabr 2024 Tarzan öldü
22 Oktyabr 2024 “Mehmed: Fəthlərin Sultanı” serialı Kann Film Festivalında