![]() |
![]() |
Türkiyə, Azərbaycan və Şimali Kiprdə fəaliyyət göstərən televiziya və radio
kanallarının “Türkiyə tək ürək” adı altında zəlzələdən zərərçəkənlərə yardım kampaniyası çərçivəsində həyata keçirdikləri ortaq yayıma makiyajsız çıxan türkiyəli aktrisa Eda Ece günlərdir müzakirə mövzusudur.
“Qafqazinfo” xəbər verir ki, “Yasak Elma” serialının ulduzuna sosial şəbəkələrdə təriflər yağdırılır.
İzləyicilər onun ünvanına “orada duyğularımızın vücud tapmış halı olaraq bizi təmsil edən şəxs Eda Ece”, “makiyajsız və saçlarını sadə toplayaraq, keçirdiyin duyğuları üzünə yansıtdığın və bununla da xalqdan biri olduğunu hiss etdirdiyin üçün təşəkkürlər, Eda Ece” və s. şərhlər yazır.
Qeyd edək ki, kampaniya çərçivəsində 115 milyard 146 milyon 528 min lirə ianə toplanılıb.