Avropa İttifaqı (Aİ) Azərbaycan və Ermənistan arasında hərtərəfli və dayanıqlı sülhə nail olunmasına dəstək verməyə hazırdır.
Axar.az xəbər verir ki, bunu ittifaqın Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Toivo Klaar özünün Tvitter hesabında yazıb.
“Bu gün biz 30 ildən çox davam edən münaqişə nəticəsində həlak olmuş və zərərçəkmiş hər kəsi anırıq. Hərtərəfli və dayanıqlı sülh istiqamətində hərəkət etmək, Ermənistan və Azərbaycan xalqlarının birlikdə gələcəyə doğru addımlaması üçün həll edilməmiş məsələləri nizama salmaq lazımdır”, - o bildirib.