Rəmiş ləqəbi ilə məşhurluq qazanmış gitara ustadı, xalq artisti Rafiq Hüseynov koronavirusa yoluxub.
Kult.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Onun hazırda xəstəxanada müalicə aldığı, səhhətinin normal olduğu bildirilib.
Qeyd edək ki, daha öncə sənətçinin ağır xəstə olduğu barədə xəbər yayılmışdı.