Qurdlar Vadisində Oqtay Qaynarcanın yaratdığı Süleyman Çakır obrazı tamaşaçılara özünü o qədər sevdirmişdi ki, ssenaristlər onu serialda “öldürüb-öldürməməklə” bağlı tərəddüd edirdilər.
Kult.az xəbər verir ki, bu sözləri sözügedən teleserialın baş obrazı – Polad Ələmdarı canlandıran Necati Şaşmaz deyib.
“Çakır 1, yaxud 2-ci sezonda ölməli idi. Lakin özünü çox sevdirdi və ssenaristlər çətinlik çəkməyə başladılar. Bəzi başqa amillər onun (Çakır) sonunu daha əvvələ gətirdi”, - deyə Şaşmaz bildirib.