Məşhur rusiyalı aktyor Aleksandr Şirvindt koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Milli.Az Trend-ə istinadən bildirir ki, 86 yaşlı aktyor müalicəsini davam etdirir.
Onun xəstəliyi yüngül formada keçirdiyi deyilir. Bundan başqa, aktyorun həyat yoldaşı da COVID-19-a yoluxub. Cütlüyün həyatının təhlükədə olmadığı bildirilib.
Qeyd edək ki, Aleksandr Şirvindt karyerası ərzində 50-dən çox filmə çəkilib.