Son xəbərlər

 

Ümumilikdə isə biznes kredit portfeli ötən ilin müvafiq dövrü ilə müqayisədə artaraq, 409 milyon manata yaxınlaşıb. Uyğun olarq, biznes kredit portfelinin həcmi 55 %, verilən biznes kreditlərinin həcmi isə 55,3 % artıb. Yeni kreditlərin sayında da 50 %-dək yüksəlmə qeydə alınıb.

Bununla yanaşı, mikrokreditlərin biznes portfeldə həcmi 24%, hesabat dövründə verilmiş mikro kreditlərin həcmi isə 20 % artıb. Unibank regionlarda və ucqar kəndlərdə mikro sahibkarlara müxtəlif sektorlar üzrə kredit əlçatanlığını artırmaqla, maliyyə inklüzivliyinə və sosial-iqtisafi inkişafa töhfə verməkdədir. İlin ilk 9 ayının nəticələrinə görə, mikro kreditlər üzrə portfelin 70 %-ə yaxını regionların payına düşür.

Unibank KB ASC-nin İdarə Heyətinin sədri Fərid Abuşov bildirib ki, bu ilin ilk doqquz ayının nəticələri, nəzərdə tutulan hədəflərə uyğundur: "Maliyyə göstəriciləri qarşıya qoyduğumuz hədəflərin realizasiyasına nail olduğumuzu göstərir. Yeni strateji dövrün çağırışlarına və hədəflərinə uyğun olaraq, KOB müştərilərimiz üçün loyallıq və əlavə dəyər yaradan bankçılıq mühiti formalaşdırmaq istiqamətində fəaliyyətimiz davam edir. Yeni rəqəmsal həllərimiz maliyyə əlçatanlığını artırmaqla yanaşı, bizneslərin dayanıqlı inkişafına əhəmiyyətli dəstəyini göstərəcəkdir. Həm biznes, həm də pərakəndə müştərilərimizə münasibətdə, fəaliyyətimizin və bankçılıq xidmətlərimizin ESİ (Ekoloji, Sosial və İdarəetmə) prinsiplərinə uyğunluğuna xüsusi diqqət edirik. Bugünlərdə bazara təqdimatı nəzərdə tutulan və ölkəmiz üçün ilk olan müstəqil beynəlxalq qiymətləndirici tərəfindən yaşıl maliyyələşmə meyarlarına uyğun istiqrazların buraxılması, bu istiqamətdə Bankımız tərəfindən işlərin diqqətdə saxlanıldığını göstərməklə yanaşı, "təmiz ətraf mühit və yaşıl artım ölkəsinə çevrilmək" milli prioritetini dəstəkləməsi baxımından məsuliyyətli korporativ vətəndaş kimi Bizim üçün qürurvericidir. Yüksək gəlirli bu istiqrazlar, ekoloji təmiz gələcəyə yatırım etmək istəyən hər bir investor üçün uğurlu seçim olacaq. Yaşıl istiqrazların emissiyasından əldə ediləcək vəsaitlərin bərpa olunan enerji, çirklənmənin qarşısının alınması, təmiz nəqliyyat, habelə iqlim dəyişmələrinin mitiqasiyası və adaptasiyası üzrə digər dayanıqlılıq prinsiplərinə uyğun layihələrin maliyyələşdirilməsinə yönəldilməsi nəzərdə tutulur".

Hesabat dövrü bu hədəflərin bir hissəsi olan nağdsız dövriyyənin ciddi artımı ilə də yadda qalıb. Üçüncü rübün sonuna nağdsız əməliyyatların həcmi 41 % çoxalaraq,  8,9 milyard manata yaxınlaşıb. Unibank kartları üzrə nağdsız əməliyyatların sayı isə 48 % artaraq, 261 milyonu ötüb.

Ötən müddət ərzində "Unibank"ın depozit portfeli də böyüyüb. Ümumi depozit portfeli ötən ilin eyni dövrü ilə müqayisədə 108 milyon manat artmaqla, bu ilin üçüncü rübünün yekununda 1 milyard 232 milyon manat təşkil edib.

Hesabat dövründə əsas maliyyə göstəricilərində artım qeydə alınıb. 30 sentyabr 2024-cü il tarixinə Bankın əməliyyat mənfəəti 50 milyon manat təşkil edib. Dövr ərzində Bankın məcmu gəlirləri 24 milyon manat artıb. Bununla da üçüncü rübün sonuna faiz və qeyri-faiz gəlirləri 257 milyon manata yüksəlib. Bu artımların fonunda bankın xalis mənfəəti 17,6 milyon manat təşkil edib.

Dövr ərzində Bankın kapital mövqeyi də xeyli güclənib. Məcmu kapital ötən ilin 3-cü rübü ilə müqayisədə 11 %-dən çox artaraq, 169 milyon manat olub. 2024-cü ilin ilk doqquz ayında Bank kapital adekvatlığını yüksəldib. Belə ki, ilin üçüncü rübünün sonuna bankın kapital adekvatlıq əmsalı artaraq, 12,9  %-ə yaxınlaşıb. Hesabat dövrünün sonuna bankın aktivləri də 12% artaraq, 1 milyard 716 milyon manat olub.

Unibank- Sənin Bankın!

 
19 Noyabr 2024 Nazirdən maaş və pensiya artımı ilə bağlı açıqlama
18 Noyabr 2024 Azərbaycan bu istiqamətə 17 milyard ayıracaq
18 Noyabr 2024 İlin sonuna inflyasiya nə qədər olacaq? – AMB sədri
11 Noyabr 2024 Azərbaycanda bu məhsul kəskin bahalaşdı - Video
06 Noyabr 2024 Trampın qalib gəlməsi ilə İran rialı çökdü
28 Oktyabr 2024 Ət ucuzlaşacaq? - VİDEO
25 Oktyabr 2024 18 təqaüdçüyə 1 milyon vəsait xərclənəcək
21 Oktyabr 2024 Ölkəmizdə kərə yağı kəskin bahalaşdı
18 Oktyabr 2024 Nazirlik açıqladı: Yaxın 4 ildə əhalinin gəlirləri...
11 Oktyabr 2024 Müştərilər bu bankdan pullarını geri götürür
11 Oktyabr 2024 Satışdakı keyfiyyətsiz yağlar HANSILARDIR? – MÜHÜM AÇIQLAMA
10 Oktyabr 2024 Pensiya alanlara şad xəbər
09 Oktyabr 2024 Onların pensiyası bu halda avtomatik dayandırılacaq
07 Oktyabr 2024 Bakı COP29-la bağlı bu xərcləri də üzərinə götürür
07 Oktyabr 2024 Maliyyə piramidası TƏLƏSİ: Minlərlə insanı necə tora salırlar? - VİDEO
03 Oktyabr 2024 Onlara maaşının 6 misli məbləğində müavinət veriləcək
23 Sentyabr 2024 5 yaşadək uşaqlara 150 manat verilsin!
19 Sentyabr 2024 Azərbaycanda təmizlik vasitələri bahalaşdı - VİDEO
19 Sentyabr 2024 İran iqtisadiyyatı iki dəfə kiçilib
19 Sentyabr 2024 Ölkəmizdə yağ niyə kəskin bahalaşdı?
19 Sentyabr 2024 Kredit ödəyəndə diqqət edin: “MilliÖn” faiz tutur
19 Sentyabr 2024 Bu yağlar kəskin bahalaşdı
18 Sentyabr 2024 Azərbaycanda orta aylıq maaş 1326 manat olacaq
18 Sentyabr 2024 Ətin kəskin şəkildə bahalaşmasının səbəbi - Video
13 Sentyabr 2024 Rusiya pul siyasətini sərtləşdirir: faizlər artdı
12 Sentyabr 2024 Kərə yağının bahalaşmasının səbəbi - Video
11 Sentyabr 2024 Yaşa görə müavinət alanlara sevindirici xəbər
10 Sentyabr 2024 AMB-nin “Nağd pul ofisi” fəaliyyətini dayandırır
29 Avqust 2024 Kiberşəbəkə ifşa edildi: Yarım milyon manat... - Video
27 Avqust 2024 Mərkəzi Bankın notları ilə bağlı hərrac keçiriləcək