Son xəbərlər

 

Bəs, satışdakı keyfiyyətsiz yağlar hansılardır?

Milli.Az xəbər verir ki, mövzu ilə bağlı Bizim.Media-ya danışan Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri Məhsəti Hüseynova bildirib ki, yağ insan orqanizmi üçün enerji mənbəyi olmaqla yanaşı, kimyəvi tərkibi yağ turşularından ibarət olan məhsuldur:

"Bu məhsul yeniyetməlik, gənclik dönəmlərində insan orqanizmində daha çox rol oynayır. Çünki bu müddətdə istifadə olunan yağ insanın immunitetinin güclənməsinə, həzm sisteminin qan dövranının normal olmasına, eyni zamanda, mərkəzi beyin sisteminin düzgün inkişaf edib çalışmasına təsir edir".

Vətəndaşlar yağ alarkən hansı məqamlara diqqət yetirməlidirlər?

Ekspert keyfiyyətli və keyfiyyətsiz yağı ayırmağın yollarını açıqlayıb:

"Bu gün satışda olan keyfiyyətsiz, kərə yağı adı altında satılan yağlar var. Buna görə də yağ alarkən diqqət yetirməli olduğumuz məqamlar var.

Yağ mövsümə görə dəyişərək 20-25 litr süddən əldə edilir. Südün qiymətini və yağın alınmasında yaranan xərcləri də nəzərə alsaq, qiymətinin ucuz olmasını şübhəli hal kimi dəyərləndirə bilərik.

Həmçinin, etiket qaydalarına mütləq riayət etmək lazımdır. Adətən çəkiylə satılan, markasız məhsullar risk mənbəyi olduğuna görə mənşəyi istehsal müəssisəsi bəlli olanlardan almaq daha yaxşıdır.

Alanda isə məhsulun üzərində etiket məlumatlarının, istehsalçı müəssisənin adının, ünvanının, mümkündürsə, qaynar xətt nömrəsi, tərkibində həqiqətən süddən istifadə olunduğuyla bağlı məlumatın olmasına diqqət etmək lazımdır. Tərkibində bəzən digər məmulatlardan azacıq ola bilər və yaxud bir az duzdan istifadə oluna bilər, bu, normaldır. Ancaq aromatizatorlardan, stabilizatorlardan, spredlərdən istifadə olunan kərə yağları keyfiyyətli hesab olunmur.

Eyni zamanda bu gün satışda olan şirniyyatların, un məmulatlarının əksəriyyəti tərkibində marqarin olan yağlardan hazırlanır. Marqarin məhsulun gec xarab olmasını təmin etdiyi üçün bir çox istehsalçılar tərəfindən istifadə edilir. Ancaq zərərlərinə görə bəzi ölkələr satışına qadağa qoyub".

Müsahibimiz bildirib ki, yağın rənginin açıq sarı olmasının əsas səbəbi yaz-yay mövsümündə heyvanların təzə otla qidalanmasıdır. Əgər kəskin şəkildə sarıdırsa, deməli tərkibində boyalardan istifadə olunub.

Yağın keyfiyyətli olub-olmamasını ev şəraitində necə öyrənmək olar?

"Yağı isti suda az miqdarda əritdikdə bir parça halında tez əriyirsə bu, keyfiyyətlidir. Ancaq hissələrə bölünərək gec əriyirsə, topa şəklində qalırsa, bu onun keyfiyyətli olmadığını göstərir. Həmçinin, keyfiyyətli kərə yağı insanın bədən temperaturunda da dərhal əriyir, ağızda xoşa gələn dad qoyur. Trans yağlar isə gec əriyib ağızda acı dad qoyur. Eyni zamanda, kərə yağını tavada isidərkən köpüklənir, daha ağ rəngə çalırsa, bu da keyfiyyət göstəricisidir.

Keyfiyyətli kərə yağı otaq tempraturunda qaldıqda formasını saxlıyır, amma yumuşalır. Keyfiyyətsiz olan isə əriməyə başlayanda ətrafa su şəklində yayılır"- deyə müsahibimiz bildirib.

Saxta yağların orqanizmə zərərləri nələrdir?

Məhsəti Hüseynova qeyd edib ki, saxta yağlar bədəndə ərimədiyi, həzm olunmadığı üçün damarlarda yığılıb qalır, bu da ürək-damar xəstəliklərinin yaranmasına səbəb olur.

"İnsan orqanizmi gündə 20-25 qram yağ qəbul etsə, yetərlidir".

19 Noyabr 2024 Nazirdən maaş və pensiya artımı ilə bağlı açıqlama
18 Noyabr 2024 Azərbaycan bu istiqamətə 17 milyard ayıracaq
18 Noyabr 2024 İlin sonuna inflyasiya nə qədər olacaq? – AMB sədri
11 Noyabr 2024 Azərbaycanda bu məhsul kəskin bahalaşdı - Video
06 Noyabr 2024 Trampın qalib gəlməsi ilə İran rialı çökdü
28 Oktyabr 2024 Ət ucuzlaşacaq? - VİDEO
25 Oktyabr 2024 18 təqaüdçüyə 1 milyon vəsait xərclənəcək
21 Oktyabr 2024 Ölkəmizdə kərə yağı kəskin bahalaşdı
18 Oktyabr 2024 Nazirlik açıqladı: Yaxın 4 ildə əhalinin gəlirləri...
11 Oktyabr 2024 Müştərilər bu bankdan pullarını geri götürür
11 Oktyabr 2024 Unibank üçüncü rübün maliyyə nəticələrini açıqlayıb
10 Oktyabr 2024 Pensiya alanlara şad xəbər
09 Oktyabr 2024 Onların pensiyası bu halda avtomatik dayandırılacaq
07 Oktyabr 2024 Bakı COP29-la bağlı bu xərcləri də üzərinə götürür
07 Oktyabr 2024 Maliyyə piramidası TƏLƏSİ: Minlərlə insanı necə tora salırlar? - VİDEO
03 Oktyabr 2024 Onlara maaşının 6 misli məbləğində müavinət veriləcək
23 Sentyabr 2024 5 yaşadək uşaqlara 150 manat verilsin!
19 Sentyabr 2024 Azərbaycanda təmizlik vasitələri bahalaşdı - VİDEO
19 Sentyabr 2024 İran iqtisadiyyatı iki dəfə kiçilib
19 Sentyabr 2024 Ölkəmizdə yağ niyə kəskin bahalaşdı?
19 Sentyabr 2024 Kredit ödəyəndə diqqət edin: “MilliÖn” faiz tutur
19 Sentyabr 2024 Bu yağlar kəskin bahalaşdı
18 Sentyabr 2024 Azərbaycanda orta aylıq maaş 1326 manat olacaq
18 Sentyabr 2024 Ətin kəskin şəkildə bahalaşmasının səbəbi - Video
13 Sentyabr 2024 Rusiya pul siyasətini sərtləşdirir: faizlər artdı
12 Sentyabr 2024 Kərə yağının bahalaşmasının səbəbi - Video
11 Sentyabr 2024 Yaşa görə müavinət alanlara sevindirici xəbər
10 Sentyabr 2024 AMB-nin “Nağd pul ofisi” fəaliyyətini dayandırır
29 Avqust 2024 Kiberşəbəkə ifşa edildi: Yarım milyon manat... - Video
27 Avqust 2024 Mərkəzi Bankın notları ilə bağlı hərrac keçiriləcək