Kosova hökuməti ölkə ərazisində Serbiya dinarının istifadəsi üçün keçid dövrünün başa çatdığını və mayın 13-dən avro ilə əməliyyatlara tam keçidi elan edib.
Axar.az xəbər verir ki, bu barədə “Politika” qəzeti məlumat yayıb.
Məlumata görə, Priştina Kosovada nağd əməliyyatlar üçün avrodan başqa valyutalardan istifadə edənlərə qarşı tədbir görmək niyyətindədir:
“Avrodan başqa valyutalar yalnız fiziki formada və ya bank hesablarında vəsait saxlamaq, beynəlxalq ödənişlər etmək və valyuta fəaliyyəti üçün istifadə edilə bilər”.