Son xəbərlər

 

“Kontakt” mağazalar şəbəkəsi “Super günlər” kampaniyası ilə bu yaz hər kəsin ürəyini fəth etməyə gəlir!

Şəbəkə bu gündən başlayaraq mayın 5-dək müasir texnologiyalardan ən kiçik ev ehtiyaclarına qədər hər növ məhsula nağd alışda 70%-dək endirimlər tətbiq edir.

Üstəlik, “Kontakt” alıcılar üçün istənilən məhsulun endirimli qiymətini yerindəcə 6 aya bölərək hissə-hissə ödəmə imkanı da yaradır.

İndi isə “Super günlər”də olacaq super endirimlərin bəziləri ilə tanış olaq:

Samsung soyuducusu 50% endirimdə: Mətbəxinizdə estetika və funksionallığı eyni anda yaşamaq istəyirsinizsə, Samsung soyuducusu haqqında düşünməlisiniz. Ən son texnologiya, 311 litrlik geniş tutuma malik, qənaətli enerji sərfiyyatı, əlavə olaraq isə Super Freeze xüsusiyyətləri olan bir soyuducu indi tam 50% endirimlə 800 manata olacaq. Bu qiymətlə mətbəxiniz zəriflik, ərzaqlarınız isə uzunömürlülük qazanacaq.

Blackview qulaqlığı – indi tam 60% endirimdə: Bu təklifdən sonra naqilli qulaqlıqlarınızla birdəfəlik vidalaşacaqsınız. Çünki 36 saatadək batareya ömrü olan Blackview simsiz qulaqlığı indiyə qədər olan ən yaxşı qiymətlə təklif olunur: 50 yox, sadəcə 20 manata.

Net 200 manat endirimlə smartfon: 256 GB daxili yaddaş, 8 GB operativ yaddaş, Android 13 əməliyyat sistemi, 6,43 düymlük ekran – bu xüsusiyyətlərə malik bir smartfonu hansı qiymətə almaq olar? Biz deyək: net 200 manat endirimlə super funksional OPPO A78 smartfonu sadəcə 430 manata sizin ola bilər.

Beko qabyuyanına 480 manat endirim: Möhtəşəm keçən qonaqlığın pərdə arxasında üst-üstə yığılmış qablar... Bu mənzərə ilə sağollaşa bilərsiniz. 15 nəfərlik bir ailənin qab-qacaq təmizliyini öz üzərinə götürən Beko qabyuyanı həm də uşaqdan müdafiə və qənaətcil mexanizmlə çalışır. Siz də büdcənizə qənaət edərək 600 manat ödəməklə bu rahatlığı evinizə gətirə bilərsiniz.

Künc divanı 600 manat endirimlə: “Bəlkə divanı dəyişək?” – evinizdə bitməyən bu müzakirəyə son qoymaq vaxtı gəlib çatıb. Çünki 210x300 sm ölçüsü olan, baza və yataq mexanizmli Natura künc divanının sadəcə 800 manata olduğunu bildikdən sonra bütün tərəddüdləriniz yox olacaq.

Yazın ən böyük endirim kampaniyasında 70%-dək endirimlərdən əlavə, kredit alıcıları ilkin ödənişsiz, 24 ayadək faizsiz, komissiyasız təkliflərdən də yararlana biləcək.

Odur ki, bu böyük endirim kampaniyası haqqında daha ətraflı öyrənmək üçün sizə ən yaxın "Kontakt" mağazalarına mayın 5-nə qədər baş çəkməyiniz məsləhətdir. Əgər mağazalara gəlmək üçün vaxtınız yoxdursa, narahat olmayın, sadalan bütün şərtlər eynilə kontakt.az saytında da keçərlidir.

26 Mart 2025 İran rialı dollar qarşısında tarixi minimuma düşdü
24 Mart 2025 Limon bahalaşacaq? - VİDEO
10 Mart 2025 Bu təqaüdlər də artırıldı: yeni artımlar da olacaq
08 Mart 2025 Azərbaycanda kartof bahalaşdı
03 Mart 2025 Bu şəxslərə birdəfəlik 1200, aylıq 250 manat ödəniləcək
24 Fevral 2025 Qarlı hava Azərbaycan iqtisadiyyatını da vurdu?
14 Fevral 2025 Avro və rubl manata qarşı bahalaşdı
05 Fevral 2025 Özümüz kərə yağı alırıq, Rusiyaya isə min ton satırıq?
04 Fevral 2025 Banklara ipoteka kreditləşməsi üçün yeni limitlər ayrıldı
29 Yanvar 2025 Mal və quzu əti yenidən bahalaşıb - VİDEO
27 Yanvar 2025 Ət yenidən BAHALAŞDI
24 Yanvar 2025 Azərbaycanda bu şəxslərin maaşı 90% artırıldı
23 Yanvar 2025 Qonşu ölkədə dollar kəskin bahalaşdı
22 Yanvar 2025 Gələn aydan bu müavinətin məbləği də artırılır
13 Yanvar 2025 Samir Şərifov daha bir vəzifəsini itirəcək
29 Dekabr 2024 Bu funksiyalar SOCAR-a ötürüləcək
29 Dekabr 2024 Yeni dövlət rüsumları müəyyənləşir
29 Dekabr 2024 Əvvəl 50 qəpik idi, indi 5 manat oldu - Açıqlama
23 Dekabr 2024 “Rabitəbank”dan yenilik, taksit funksiyalı Kartmane kartı
16 Dekabr 2024 Azərbaycanda siyasi partiyalara maliyyə yardımı artırılır
14 Dekabr 2024 Zamindən xəbərsiz kredit məbləği artırıla bilər?
13 Dekabr 2024 "Yelo Bank”da 516 milyonluq depozit yoxa çıxdı
13 Dekabr 2024 Azərbaycanda məmurdan inanılmaz fırıldaq
13 Dekabr 2024 Onlara da əmək pensiyası veriləcək
11 Dekabr 2024 Minsk diplomata edilən 100 minlik təklifə reaksiya verdi
11 Dekabr 2024 Universitetlərimiz reytinqdə niyə yüksələ bilmir?
10 Dekabr 2024 Sevindirici xəbər: Pensiya kapitalını birdəfəlik ala bilərsiniz
06 Dekabr 2024 Daha 4 şirkət xidmətlərini SİMA vasitəsilə rəqəmsallaşdırdı
06 Dekabr 2024 “Bank Respublika” “2025-ci il üçün 25% endirim” kampaniyasına start verdi
04 Dekabr 2024 Şad xəbər: Yeni ildən bu sahədə xərclərin 50%-i geri qaytarılacaq