Son xəbərlər

 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Azərbaycandan 749 min manat pulun xaricə qanunsuz köçürülməsinin qarşısını alıb.

 

Qurumdan Axar.az-a verilən məlumata görə, Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin Əməliyyat idarəsinin əldə etdiyi məlumat nəticəsində müəyyən olunub ki, Bakı sakini Şəhriyar Hafiz oğlu Əkbərov digərləri ilə qabaqcadan əlbir olaraq və bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, “Laçın” və “Sədərək” ticarət mərkəzlərinin ərazisində sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərlə əvvəlcədən razılıq əldə edərək onlara məxsus pul vəsaitlərinin əvəzləşdirmə və digər qarşılıqlı hesablaşma üsulları ilə qanunsuz olaraq köçürülməsini təşkil ediblər.

Belə ki, həmin şəxslər pul vəsaitinin məbləğindən asılı olaraq 1,1-1,2 % qazanc müqabilində Azərbaycandan Türkiyə, Çin və Birləşmiş Ərəb Əmirliklərində (Dubay şəhərində) pul sahiblərinin əvvəlcədən bildirdikləri şəxslərə qanunsuz olaraq köçürmələr təşkil ediblər.

Qurulmuş sxemə əsasən, qanunsuz əməllərin törədilməsinə kuryer kimi cəlb edilmiş Ramin Akif oğlu Soltanov və Əlzamin Abdulsəməd oğlu Abızadə vasitəsilə müxtəlif şəxslərə aid pul vəsaitlərinin toplanması təşkil olunub, həmin vəsaitlər paytaxtın Səbail rayonu ərazisindəki Biznes Mərkəzində icarəyə götürülmüş ofisdə Raman Şahin oğlu Nağıyevə verilib. Sonuncu isə qanunsuz köçürüləcək pul vəsaitlərinin hansı valyutada olması və məbləği barədə məlumatları Ş.Əkbərova ötürüb. Bundan sonra Ş.Əkbərov Türkiyə, Çin və Dubaydakı etibar etdiyi şəxslərə məlumat verməklə qanunsuz olaraq pul vəsaitlərinin köçürülməsi fəaliyyətini təşkil edib.

Əldə edilmiş məlumatlar əsasında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin əməkdaşları Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 28.09.2023-cü il tarixli qərarı ilə paytaxtın Səbail rayonu ərazisindəki Biznes Mərkəzinin nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş avtodayanacaq meydançasında Əlzamin Abdulsəməd oğlu Abızadənin idarə etdiyi “Toyota Prius” markalı 90 TY 929 dövlət qeydiyyat nişanlı avtomobildə onunla birlikdə olan sərnişinlər Ramin Akif oğlu Soltanov və Raman Şahin oğlu Nağıyevi saxlayıblar. Dəstənin Biznes Mərkəzindəki ofisində iki nəfər hal şahidinin iştirakı ilə əl çantalarına baxış keçirilib.

Baxış zamanı R.Soltanov və Ə.Abızadəyə məxsus sellofan bağlamalarda, həmçinin R.Nağıyevə məxsus əl çantasında cəmi 318 190 ABŞ dolları və 208 410 manat olmaqla, ümumilikdə 749 333 manat məbləğində qanunsuz olaraq köçürüləcək pul əskinasları aşkar edilərək götürülüb.

Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və təhqiqat idarəsində Ş.Əkbərov və digərlərinin qaçaqmalçılıq əlamətləri olmadan əvəzləşdirmə və digər qarşılıqlı hesablaşma üsulları ilə xüsusilə külli miqdarda pul vəsaitlərinin qanunsuz olaraq Azərbaycandan xarici ölkəyə və yaxud xarici ölkədən Azərbaycana köçürülməsi fəaliyyətilə məşğul olması faktı üzrə Cinayət Məcəlləsinin 206-1.3-cü maddəsi ilə cinayət işi başlanıb.

Aparılmış istintaqla müəyyən edilib ki, həmin şəxslər 749 333 manat pul vəsaitlərinin qanunsuz olaraq Azərbaycandan xarici ölkəyə köçürülməsini təşkil edib. Cinayət işi üzrə Ş.Əkbərov 30 sentyabr 2023-cü il tarixdə Cinayət Məcəlləsinin 206-1.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulub, təqsirləndirilən şəxs qismində cəlb edilərək ona ittiham elan olunub. Həmin tarixddə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qərarı ilə Ş.Əkbərov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

21 Noyabr 2024 Uşaqlar üçün yaşayış minimumu artırıldı
19 Noyabr 2024 Nazirdən maaş və pensiya artımı ilə bağlı açıqlama
18 Noyabr 2024 Azərbaycan bu istiqamətə 17 milyard ayıracaq
18 Noyabr 2024 İlin sonuna inflyasiya nə qədər olacaq? – AMB sədri
11 Noyabr 2024 Azərbaycanda bu məhsul kəskin bahalaşdı - Video
06 Noyabr 2024 Trampın qalib gəlməsi ilə İran rialı çökdü
28 Oktyabr 2024 Ət ucuzlaşacaq? - VİDEO
25 Oktyabr 2024 18 təqaüdçüyə 1 milyon vəsait xərclənəcək
21 Oktyabr 2024 Ölkəmizdə kərə yağı kəskin bahalaşdı
18 Oktyabr 2024 Nazirlik açıqladı: Yaxın 4 ildə əhalinin gəlirləri...
11 Oktyabr 2024 Müştərilər bu bankdan pullarını geri götürür
11 Oktyabr 2024 Unibank üçüncü rübün maliyyə nəticələrini açıqlayıb
11 Oktyabr 2024 Satışdakı keyfiyyətsiz yağlar HANSILARDIR? – MÜHÜM AÇIQLAMA
10 Oktyabr 2024 Pensiya alanlara şad xəbər
09 Oktyabr 2024 Onların pensiyası bu halda avtomatik dayandırılacaq
07 Oktyabr 2024 Bakı COP29-la bağlı bu xərcləri də üzərinə götürür
07 Oktyabr 2024 Maliyyə piramidası TƏLƏSİ: Minlərlə insanı necə tora salırlar? - VİDEO
03 Oktyabr 2024 Onlara maaşının 6 misli məbləğində müavinət veriləcək
23 Sentyabr 2024 5 yaşadək uşaqlara 150 manat verilsin!
19 Sentyabr 2024 Azərbaycanda təmizlik vasitələri bahalaşdı - VİDEO
19 Sentyabr 2024 İran iqtisadiyyatı iki dəfə kiçilib
19 Sentyabr 2024 Ölkəmizdə yağ niyə kəskin bahalaşdı?
19 Sentyabr 2024 Kredit ödəyəndə diqqət edin: “MilliÖn” faiz tutur
19 Sentyabr 2024 Bu yağlar kəskin bahalaşdı
18 Sentyabr 2024 Azərbaycanda orta aylıq maaş 1326 manat olacaq
18 Sentyabr 2024 Ətin kəskin şəkildə bahalaşmasının səbəbi - Video
13 Sentyabr 2024 Rusiya pul siyasətini sərtləşdirir: faizlər artdı
12 Sentyabr 2024 Kərə yağının bahalaşmasının səbəbi - Video
11 Sentyabr 2024 Yaşa görə müavinət alanlara sevindirici xəbər
10 Sentyabr 2024 AMB-nin “Nağd pul ofisi” fəaliyyətini dayandırır