Son xəbərlər

 

Bank sektoru ilə bağlı gərgin dövr geridə qalsa da, problemlərin tam şəkildə həllini tapdığını demək olmaz.

İrəliləyiş ondan ibarətdir ki, 2018-ci ilin birinci yarısında bankların kredit portfelində müəyyən artım qeydə alınıb. Ümumilikdə kredit portfeli 12 milyard 105 milyon manat təşkil edib ki, bu da müsbət bir haldır. Həmçinin əmanətlərin həcmində də müəyyən artım qeydə alınıb. 2018-ci ilin 6 ayının nəticələrinə görə, bankların depozit portfeli ümumilikdə, 8 milyard 109 milyon manat olub. Lakin hələ də kapital çatışmazlığından, problemli kreditlərdən əziyyət çəkən, bağlanma təhlükəsi ilə üz-üzə olan banklar var. Digər tərəfdən, qaytarıla bilməyən xarici valyutada olan kreditlərlə bağlı məhkəmə işləri davam edir. Vətəndaşlara daha çox borcun ödənilmə müddətinin uzadılması ilə bağlı güzəştlər edilir. Lakin bütün bunlar problemli kreditlərin həcminin əhəmiyyətli dərəcədə azalmasına gətirib çıxartmayıb. 

Bəs görəsən, ekspertlər bank sektorundakı son durumu necə dəyərləndirirlər?

İqtisadçı ekspert, hüquqşünas Əkrəm Həsənov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, hazırda bütün banklarda problemli kreditlər var, lakin bir neçə bankda bu çox ciddi problemdir: “Nəticədə isə həmin bankların vəziyyəti heç də ürəkaçan deyil. Demək olar ki, kapitalları yoxdur, bəzilərinin kapitalları hətta mənfidir. Doğrudur, qanunvericiliyə görə bankların məcm kapitalı ən azı 50 milyon manat olmalıdır. Bu baxımdan banklar bəzən bu öhdəliklərini də yerinə yetirə bilmirlər. Sadəcə bunlar arasında fərq qoymaq lazımdır. Bəzi banklar var ki, onların qaytarılmayan kreditləri çoxdur. Lakin bir neçə ilə tədricən geri qaytarılacaq, çünki girovla təmin olunub. Bu səbəbdən bir neçə ilə ya məhkəmə yolu ilə, ya da girovları satışa çıxarmaqla kreditlərini geri qaytaracaqlar. Lakin bunun üçün onlara həm vaxt, həm də dövlət dəstəyi lazımdır. Mərkəzi Bank onlara müəyyən qədər dəstək verməlidir. Bəzi banklar da var ki, onların vəsasitləri kifayət qədər deyil, o baxımdan bağlanma ehtimalları var”.

Картинки по запросу mərkəzi bank

Problemli kreditlərə görə məhkəmə işlərinin başladılmasına gəlincə, Ə.Həsənov bildirdi ki, vətəndaşlar bu prosesdə passivləşib: “Bəzən vətəndaşlar bankların onlara qarşı qaldırdığı məhkəmə işlərində vaxt uzatmaq yolunu seçirlər. Hətta onlar görəndə ki, məhkəmələrdə qanuni yolla nəyəsə nail olmaq mümkündür, yenə də mübarizə aparmırlar. Onu da qeyd etmək lazımdır ki, məhkəmələrimiz çox zaman bankların tərəfində olurlar. Bu baxımdan borcalanlar məhkəmədən borcun qaytarılma vaxtının uzadılmasını istəyirlər ki, bu da banklara sərf edir. Çünki banklara real pul lazımdır. Məhkəmə proseslərinin sayı artıb, lakin əvvəlki kimi aktivlik yoxdur”. 

İqtisadçı hesab edir ki, banklar əvvəlki illərə nisbətən kredit təkliflərini bir qədər artırıblar: “Ancaq hələ də böhrana qədərki vəziyyət bərpa edilməyib. Çünki şərtlər çətinləşdiyindən bəzi vətəndaşlar kredit almaq imkanında deyillər. Onlar daha çox lombardlardan, fərdi sələmçilərdən borc almağa məcbur olurlar. Burada isə faizlər qat-qat çoxdur, sələmçilər isə vətəndaşların başına oyun açırlar. Onlar həmçinin vergidən də yayınırlar ki, bu da başqa bir mövzudur. Ancaq hazırda vətəndaşlar üçün banklar yox, sələmçilər daha böyük təhlükədir”. 

21 Noyabr 2024 Uşaqlar üçün yaşayış minimumu artırıldı
19 Noyabr 2024 Nazirdən maaş və pensiya artımı ilə bağlı açıqlama
18 Noyabr 2024 Azərbaycan bu istiqamətə 17 milyard ayıracaq
18 Noyabr 2024 İlin sonuna inflyasiya nə qədər olacaq? – AMB sədri
11 Noyabr 2024 Azərbaycanda bu məhsul kəskin bahalaşdı - Video
06 Noyabr 2024 Trampın qalib gəlməsi ilə İran rialı çökdü
28 Oktyabr 2024 Ət ucuzlaşacaq? - VİDEO
25 Oktyabr 2024 18 təqaüdçüyə 1 milyon vəsait xərclənəcək
21 Oktyabr 2024 Ölkəmizdə kərə yağı kəskin bahalaşdı
18 Oktyabr 2024 Nazirlik açıqladı: Yaxın 4 ildə əhalinin gəlirləri...
11 Oktyabr 2024 Müştərilər bu bankdan pullarını geri götürür
11 Oktyabr 2024 Unibank üçüncü rübün maliyyə nəticələrini açıqlayıb
11 Oktyabr 2024 Satışdakı keyfiyyətsiz yağlar HANSILARDIR? – MÜHÜM AÇIQLAMA
10 Oktyabr 2024 Pensiya alanlara şad xəbər
09 Oktyabr 2024 Onların pensiyası bu halda avtomatik dayandırılacaq
07 Oktyabr 2024 Bakı COP29-la bağlı bu xərcləri də üzərinə götürür
07 Oktyabr 2024 Maliyyə piramidası TƏLƏSİ: Minlərlə insanı necə tora salırlar? - VİDEO
03 Oktyabr 2024 Onlara maaşının 6 misli məbləğində müavinət veriləcək
23 Sentyabr 2024 5 yaşadək uşaqlara 150 manat verilsin!
19 Sentyabr 2024 Azərbaycanda təmizlik vasitələri bahalaşdı - VİDEO
19 Sentyabr 2024 İran iqtisadiyyatı iki dəfə kiçilib
19 Sentyabr 2024 Ölkəmizdə yağ niyə kəskin bahalaşdı?
19 Sentyabr 2024 Kredit ödəyəndə diqqət edin: “MilliÖn” faiz tutur
19 Sentyabr 2024 Bu yağlar kəskin bahalaşdı
18 Sentyabr 2024 Azərbaycanda orta aylıq maaş 1326 manat olacaq
18 Sentyabr 2024 Ətin kəskin şəkildə bahalaşmasının səbəbi - Video
13 Sentyabr 2024 Rusiya pul siyasətini sərtləşdirir: faizlər artdı
12 Sentyabr 2024 Kərə yağının bahalaşmasının səbəbi - Video
11 Sentyabr 2024 Yaşa görə müavinət alanlara sevindirici xəbər
10 Sentyabr 2024 AMB-nin “Nağd pul ofisi” fəaliyyətini dayandırır