Rusiya neft hasilatının həcminə görə dünya liderliyini qoruyub.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, neft hasilatının gündəlik orta göstəricisi aprel ayı ərzində Rusiyada 10,965 mln. barel təşkil edib.
Rusiya apreldə ümumilikdə 44,88 milyon ton barel neft hasil edib.
Aprel ayında sutkalıq hasilatın səviyyəsinə görə dünya üzrə ikinci yeri ABŞ (10,467 mln. barel), üçüncü yeri isə Səudiyyə Ərəbistanı tutub (9,901 mln. barel).