CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyunun 28-də 78,61 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 0,34 dollar dollar/barel azdır.
Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib. FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti iyunun 28-də 77,98 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,34 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti iyunun 28-də 74,67 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 0,29 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə iyunun 28-də 75,74 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,53 dollar/barel azdır.