Son xəbərlər

 

Neft hasilatının azalması fonunda qiymətlərin qalxması Azərbaycana gəlirlərini qoruması üçün əlavə şans verir.

 

Bu sözləri Axar.az-a Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban neftin bahalaşmasına münasibət bildirərkən deyib. O bildirib ki, bahalaşmanın bir çox səbəbləri var:

“Əvvəla, dünən Amerika Neft İnstitutu (API) həftəlik neft ehtiyatlarıyla bağlı hesabatı açıqladı. Bu hesabat öz təsirini göstərdi. Bundan əlavə, klimatik təsirlərin də burada payı var. Yəni avqust ayının sonu, sentyabrın əvvəlində Meksika körfəzində, ABŞ-ın ən böyük hasilat ştatı olan Texasda bir-birinin ardınca baş verən güclü qasırğalar, Meksikadakı zəlzələ və sunami bahalaşmaya şərait yaradır. Digər səbəb isə Venesualada daxili stabilliyin pozulması və neft hasilatının aşağı düşəcəyi ilə bağlı yayılan xəbərlər, Şimali Koreya ilə münasibətlərin gərginləşməsinin mənfi hərbi-siyasi fəsadlarının Cənubi Koreya, Yaponiya, Çin kimi ölkələrə neft ixracında problemlər yaradacağı ehtimallarıdır”.

İ.Şaban qeyd edib ki, qiymət artımı Azərbaycan iqtisadiyyatına müsbət təsir göstərəcək:

“Azərbaycanda əsasən avqust ayında neft hasilatında ciddi azalma baş vermişdi. Azərbaycan Energetika Nazirliyinin açıqlamasına görə, iyul ayı ilə müqayisədə hasilat 793 min barreldən 730 min barreləcən azalıb. Hazırda neft hasilatında 2012-ci ildən sonrakı dövr üçün ən aşağı göstərici qeydə alınıb. 7 ay ərzində hasilat 2.3 milyon ton azalıb. Ona görə də son 8 ayda neftin qiymətinin təqribən 30%-ə yaxın artması neft hasilatının aşağı düşməsi səbəbindən yaranacaq fərqin aradan götürülməsinə gətirib çıxaracaq. İlin sonuna qədər neftin qiyməti artmaqda davam edərsə, ölkəmizdə iqtisadiyyatın inkişafında müsbət nəticələr gözlənə bilər. Neftin ilin birinci yarısında orta qiyməti 52 dollar olub. İlin ikinci yarısında orta qiymət 55 dollar həcmində olarsa, Azərbaycanın neft-qaz hasilatından əldə edəcəyi gəlir ötən ilkindən az olmayacaq. Azərbaycan ötən il neft-qaz satışından 5.1 milyarddan bir qədər çox vəsait əldə etmişdi”.

Qeyd edək ki, dünya bazarında “Azəri Layt” markalı neftin bir barrelinin qiyməti hazırda 59 dollara yaxındır.

21 Noyabr 2024 Uşaqlar üçün yaşayış minimumu artırıldı
19 Noyabr 2024 Nazirdən maaş və pensiya artımı ilə bağlı açıqlama
18 Noyabr 2024 Azərbaycan bu istiqamətə 17 milyard ayıracaq
18 Noyabr 2024 İlin sonuna inflyasiya nə qədər olacaq? – AMB sədri
11 Noyabr 2024 Azərbaycanda bu məhsul kəskin bahalaşdı - Video
06 Noyabr 2024 Trampın qalib gəlməsi ilə İran rialı çökdü
28 Oktyabr 2024 Ət ucuzlaşacaq? - VİDEO
25 Oktyabr 2024 18 təqaüdçüyə 1 milyon vəsait xərclənəcək
21 Oktyabr 2024 Ölkəmizdə kərə yağı kəskin bahalaşdı
18 Oktyabr 2024 Nazirlik açıqladı: Yaxın 4 ildə əhalinin gəlirləri...
11 Oktyabr 2024 Müştərilər bu bankdan pullarını geri götürür
11 Oktyabr 2024 Unibank üçüncü rübün maliyyə nəticələrini açıqlayıb
11 Oktyabr 2024 Satışdakı keyfiyyətsiz yağlar HANSILARDIR? – MÜHÜM AÇIQLAMA
10 Oktyabr 2024 Pensiya alanlara şad xəbər
09 Oktyabr 2024 Onların pensiyası bu halda avtomatik dayandırılacaq
07 Oktyabr 2024 Bakı COP29-la bağlı bu xərcləri də üzərinə götürür
07 Oktyabr 2024 Maliyyə piramidası TƏLƏSİ: Minlərlə insanı necə tora salırlar? - VİDEO
03 Oktyabr 2024 Onlara maaşının 6 misli məbləğində müavinət veriləcək
23 Sentyabr 2024 5 yaşadək uşaqlara 150 manat verilsin!
19 Sentyabr 2024 Azərbaycanda təmizlik vasitələri bahalaşdı - VİDEO
19 Sentyabr 2024 İran iqtisadiyyatı iki dəfə kiçilib
19 Sentyabr 2024 Ölkəmizdə yağ niyə kəskin bahalaşdı?
19 Sentyabr 2024 Kredit ödəyəndə diqqət edin: “MilliÖn” faiz tutur
19 Sentyabr 2024 Bu yağlar kəskin bahalaşdı
18 Sentyabr 2024 Azərbaycanda orta aylıq maaş 1326 manat olacaq
18 Sentyabr 2024 Ətin kəskin şəkildə bahalaşmasının səbəbi - Video
13 Sentyabr 2024 Rusiya pul siyasətini sərtləşdirir: faizlər artdı
12 Sentyabr 2024 Kərə yağının bahalaşmasının səbəbi - Video
11 Sentyabr 2024 Yaşa görə müavinət alanlara sevindirici xəbər
10 Sentyabr 2024 AMB-nin “Nağd pul ofisi” fəaliyyətini dayandırır