Azərbaycan Mərkəzi Bankı 30 avqust tarixinə xarici valyutaların manata qarşı rəsmi məzənnələrini açıqlayıb.
Mərkəzi Bankdan Axar.az-a verilən məlumata görə, avqustun 30-na olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1,7010 manat təşkil edir.
Manata nəzərən avronun məzənnəsi 2,0367 manat təşkil edir.
1 türk lirəsi 0,4932 manat, 1 rus rublu 0,0289 manat, 1 İran rialı 0,0046 manat, 1 gürcü larisi isə 0,6994 manatdır.