Beynəlxalq ictimaiyyət, xüsusilə də ABŞ, Ermənistanın hərbi təxribatına reaksiya verməlidir.
Teleqraf.com-un məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov bu gün ABŞ-ın Müstəqillik Günü ilə bağlı tədbirdə deyib.
Onun sözlərinə görə, Azərbaycanın torpaqları 25 ildir Ermənistanın işğalı altında qalır.
Şərifov qeyd edib ki, qəbul olunmuş BMT qətnamələrinin çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi və qaçqın və məcburi köçkünlərin öz torpaqlarına qaytarılması şübhəsiz regionun çiçəklənməsinə səbəb olacaq.