Dünya birjalarında neft bahalaşıb.
Axar.az xəbər verir ki, VTİ neftinin qiyməti 1 barrelə görə 1,11 dollar və ya 2,47% artaraq 46,04 dollar təşkil edib.
“Brent” markalı neftin 1 barrelinin dəyəri isə 1,31 dollar və ya 2,75% artaraq 48,94 dollar olub.
Neftin bahalaşmasına ABŞ-da “qara qızıl” hasilatının azalması səbəb olub.