Neft qiymətində eniş bazardakı spekulyasiyalarla bağlıdır.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Lukoyl” şirkətinin rəhbəri Vahid Ələkbərov söyləyib.
“Neft ehtiyatları, OPEK-in göstəricilərinə görə, 760 milyon barreldən 640 milyon barrelə qədər azalıb. Bu gün neftin qiymətinin aşağı düşməsi bazardakı spekulyasiyaların nəticəsidir”, – deyə o bildirib.
Qeyd edək ki, dünya bazarlarında neftin qiymətinin enişi davam edir. Hazırda “Brent” markalı neftin 1 barreli 45,95 dollara satılır.