Məncə, Azərbaycanın milli futbol komandası heç bir uluslararası yarışa buraxılmamalıdır.
Kult.az xəbər verir ki, bu fikirləri xalq şairi Sabir Rüstəmxanlı futbol üzrə Azərbaycan yığmasının İsveçə biabırçı məğlubiyyəti ilə bağlı deyib.
“Bu komandaya böyük pullar xərcləmək bizə utancdan başqa nə qazandırır? Qoy iki-üç il ölkə daxilində, məsələn Yardımlı, Balakən, Zərdab, Ağsu, Ordubad və başqa rayonlarımızın futbol komandaları ilə oynayıb, təcrübələrini artırsınlar”, - Rüstəmxanlı bildirib.
Qeyd edək ki, dünən futbol üzrə Azərbaycan yığması Millətlər Liqası çərçivəsində İsveçə qarşı keçirdiyi oyunda 6-0 hesabı ilə biabırçı məğlubiyyətə uğrayıb.