Hər oyuna qələbə istəyi ilə çıxırıq.
Son 3 matçda nəticə qazana bilməsək də, yığma məzmunlu oyun nümayiş etdirir.
Axar.az xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş İsveç seçməsinə qarşı keçirəcəkləri Millətlər Liqasının oyunundan öncə keçirilən mətbuat konfransında deyib.
"Millimizin oyunları göstərir ki, doğru yoldayıq. Sabahkı görüşdə müdafiə olunmaq barədə yox, hücum etməyi düşünürük. İnanıram ki, tez bir zamanda uğursuzluqdan çıxacağıq", - Santuş bildirib.
Qeyd edək ki, noyabrın 19-da saat 23:45-də Solna şəhərində İsveç – Azərbaycan matçı start götürəcək.