Rumıniyalı şahmatçı Kirill Şevçenko İspaniya çempionatında komanda yarışlarından uzaqlaşdırılıb.
İdman.biz xəbər verir ki, buna səbəb ukraynaəsilli qrossmeysterin telefondan istifadə etməsidir.
Şevçenkonun tez-tez lövhədən uzaqlaşması təşkilatçıları şübhələndirib. Onlar tualetdə bloklanmış telefon və yazılı kağız tapıblar: "Toxunma! Bu telefon qoyulub ki, sahibkar gecə cavab verə bilsin!".
Hakimlər onun Kirillə məxsus olduğunu bildiriblər. Mütəxəssislər kağızdakı xəttin Şevçenkonun yazısı ilə eyni olduğunu təsdiqləyiblər. Bundan başqa telefonda saat Rumıniya və İspaniya arasındakı fərqi göstərib.
Qeyd edək ki, Şevçenko bütün ittihamları rədd edib.