Toni Kroosun “Real Madrid” klubundakı gələcəyi hələ də sual altındadır.
Axar.az xəbər verir ki, bu barədə İspaniya mediası məlumat yayıb.
Bildirilib ki, almaniyalı futbolçu “Bavariya” ilə görüş başa çatdıqdan sonra komanda yoldaşları ilə geyinib-soyunma otağına yollanmayıb.
Azarkeşsiz olan stadionda təkbaşına qalan T.Kroosun daha sonra ağlamağa başladığı ilə bağlı xəbərlər yayılıb.
İspaniya mediası təcrübəli yarımmüdafiəçinin karyerasını bitirmək barədə düşündüyünü deyiblər.
Qeyd edək ki, Toni Kroos 2014-cü ildən bu yana “Real Madrid” klubunun şərəfini qoruyur.ersion