Məhəmməd Salah “Liverpul”dakı gələcəyi ilə bağlı qərar verib.
Axar.az xəbər verir ki, 31 yaşlı hücumçu 2025-ci ilin yayına qədər "mersisaydlılar"ın şərəfini qoruyacaq.
Qeyd edək ki, daha əvvəl onun baş məşqçi Yurqen Klopp ilə birlikdə yayda İngiltərə klubundan ayrılacağı bildirilirdi.
Əlavə edək ki, M.Salah cari mövsüm “Liverpul”un heyətində 41 oyuna çıxıb və 24 qol vurub.