Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Futbol İttifaqının saytında bildirilib.
Məlumata əsasən, A.Spirin bu il yanvarın 31-də dünyasını dəyişib, Rusiya Futbol İttifaqına hakimin ölümü barədə onun ailəsi məlumat verib.
A.Spirin Rusiya futbol tarixində ən gənc FİFA hakimidir. O, 50-dən çox beynəlxalq oyuna çıxıb. O, 1991-ci il UEFA kubokunun finalının ilk oyununun baş hakimi olub, 1990-cı il dünya çempionatı, 1992-ci il Avro və 1988-ci il Olimpiya Oyunlarının oyunlarında işləyib.