Axar.az MMA üzrə 5 qat dünya, 2 qat Avropa çempionu İbrahim Şamilovla müsahibəni təqdim edir:

 

- Bir zamanlar sizin ağır qəza keçirməyinizlə bağlı məlumat yayıldı.

- Bəli, yeddi ay əvvəl, fevral ayında olduqca ağır avtoqəza keçirdim.

- Avtomobili siz idarə edirdiniz?

- Xeyr. Avtomobil dostumun idi və sükan arxasında özü əyləşmişdi. Qəzanın təfərrüatını söyləyim; yol buz olduğundan maşın sürüşdü və bir də o zaman ayıdım ki, əyləşdiyimiz avtomobil kanala yuvarlanıb.

- Zədəniz nədən oldu?

- Avtomobilin parçalanmış qabaq şüşəsi alnımın dərisini soymuşdu. Yara olduqca dərin olduğundan, təcili olaraq 5 nömrəli xəstəxanaya çatdırıldm və üzümdə əməliyyat aparılaraq, damar qanaxmasının qarşısını almaq məqsədi ilə alnıma tikiş vuruldu.

- İndi durumunuz necədir?

- Şükürlər olsun ki, yeddi ay idmandan məcburi olaraq kənarda qalmağıma baxmayaraq, indi əvvəlkindən daha yaxşı və daha gümraham.

- Bildiyim qədər, xeyli tələbələriniz var.

- Bəli. Buzovnada “Ali-Fight” döyüş klubunda müəllim kimi fəaliyyət göstərirəm. Son aylar səhhətimlə bağlı məşqlərdən və müəllimlikdən uzaqlaşmalı oldum. Lakin bu yaxınlarda yenidən öz fəaliyyətimə başlamağı düşünürəm.

- Bir çox tanınmış idmançılarımız müxtəlif peşə və vəzifə sahibləridir. Siz müəllimlikdən savayı hansı işlə məşğulsunuz?

- Əslində, idmançı olmasaydım, böyük biznes sahibi olardım. Lakin bu sahəyə külli miqdarda vəsait lazımdır. O ki qaldı mənim başqa işlə məşğul olmağıma, bu yaxınlarda olduqca nüfuzlu bir holdinq tərəfindən təklif almışam. Əvvəllər isə “Park Bulvar”ın mühafizə xidmətində çalışmışam. Son dörd ili isə mühafizə rəisi olaraq çalışdım.

- Hazırda bəzi idmançılar tutduqları mövqedən narazılıq edirlər. Sizcə, buna səbəb nədir?

- İstərdim ki, ölkəmizdə olimpiya idman növlərinə ayrılan diqqət qeyri- olimpiya növlərinə də şamil edilsin. Şəxsən mən on beş ildir ki, peşəkar idman sahəsindəyəm. Buna baxmayaraq, bir dəfə də olsun hansısa qurum və ya təşkilat tərəfindən dəstək almamışam. Bütün uğurlarımı ya təkbaşına, ya da sponsorun ayırdığı maddi dəstək hesabına əldə etmişəm. Dünya çempionatlarında yüksək nəticələrlə vətənə dönmüşəm. Onu da qeyd edim ki, dünya çempionatına zəif idmançlar qatılmır. 2016-cı ildə İtaliyada keçirilən dünya çempionatında (80 kq çəkidə) dünya çempionu adını qazanmışam. Portuqaliyada (85 kq çəki ilə) 2015-ci ildə Dünya çempionatı üzrə yenə qalib olmuşam. Zaqafqaziya üzrə Gürcüstanda 2012- ci ildə vuruşaraq, yenə də birinciliyi əldə etmişəm.

- Ən çətin döyüşünüz hansı olub?

- 2016-cı ildə İtaliyada keçirilən dünya çempionatında portuqaliyalı idmançı ilə final görüşüm olduqca çətin idi. Mən onu sırf texniki baxımdan, fənn işlətməklə üstələyə bildim. Olduqca güclü rəqib idi.

- Döyüşlərdə hakim ədalətsiziyi ilə qarşılaşdığınız məqamlar olub?

- Bəli. Bir çox idmançının karyerasında olduğu kimi, mənim də bir sıra xarici yarışlarımda hakimlərin qeyri-obyektiv bal hesablamaları ilə qarşılaşmışam. İstənilən oyunda əsas münsif heyəti, yarış təşkilatçları və yan hakimlər iştirak edir. Son söz isə əsas münsiflər heyətinin olur.

- Nailiyyətlərinizə səbəb olan ilk müəllimləriniz kimlər olub?

- Uşu-sanda üzrə dünya çempionu Bağırov Elsevər ilk müəllimim olub, sonrakı müəllimim isə Azərbaycanda Braziliya kombat jiu-jitsu gremplinq idman növü üzrə rəsmi nümayəndəsi olan Anar Səfərov olub ki, hazırda “Qarabağ” idman klubuna rəhbərlik edir.

- İdmançının qələbəsində hansı amil əsas rol oynayır?

- İdmançının nəinki qalibiyyəti, onun ümumi karyerasında əsas rolu mütləq şəkildə maddi durumu həll edir. Belə ki, idmançının vitaminli qida rasionu, təlim-məşq toplantıları, xarici turnirlərə qatılması maddiyyatla bağlıdır. Əfsus ki, kikboksinq, uşu-sanda, karate-donu çıxmaq şərti ilə, bir çox qeyri-olimpiya idman növlərinə dövlət qurumları tərəfindən maliyyə ayrılmır.

- İdmançılar arasında hər hansı qısqanclıq olur?

- Bütün sahələrdə olduğu kimi, idmançılar arasında da bu cür hallar istisna deyil. Lakin mən hər bir idmançı yoldaşımın qələbəsinə sevinirəm, çünki onlar birinci növbədə ölkəmizin bayrağını ucaldır.

- Ailənizdə idmançı olan varmı?

- Mən atamın təkidi ilə idmana qatıldım. On birinci sinifdə oxuyan qardaşım Turanı isə boks məşqlərinə yönəltmişəm.

- İdmançı qızla evlənərdinizmi?

- Xeyr. Çünki müəyyən ağır idman növləri var ki, onlar xanım üçün bir o qədər münasib hesab olunmur. Evlənməyə gəlincə, bu haqda ümumiyyətlə düşünmürəm.

- Tələbələriniz arasında nailiyyətlər əldə edənlər varmı?

- Bəli, xüsusən də azyaşlılar arasında respublika birinciliyində yüksək nəticələr əldə edən tələbələrimiz daha çoxdur. Biz çalışırıq ki, gələcəkdə Azərbaycanımıza layiqli əsgər, peşəkar idmançı, əsl kişi yetişdirək. Tələbələrim arasında 10 yaşından 39 yaşına qədər idmansevərlər var. Ümumiyyətlə isə idmanda hər hansı bir yaş məhdudiyyəti yoxdur. Bir çox insan peşəkar idmana addım atır, digərləri isə sırf sağlamlıqla bağlı idmanla məşğul olmağa üstünlük verir.

- Tələbələrin ödənişlərində şəhid ailəsi və ya imkansız ailədən olması nəzərə alınırmı?

- Mütləq. Bir çox imkansız ailələrin övladlarına təmənnasız dərslər keçirilir. Yaxud, elə tələbə var ki, idmana hədsiz marağı var, lakin imkanı az ödənişə çatır. O zaman yenə də humanistlik göstərərək, tələbələrin çətinliklərini nəzərə alaraq, çalışırıq ki, onların nailiyyətlər əldə etmələrinə yardım edək.

- Sevdiyiniz idmançılar?

- İdmançı aktyorlar; Bryus Li, Cek Li.

- Dəvət alsaydınız, filmdə yer alardınızmı?

- Baxır filmin süjet xəttinə. Əgər ürəyimcə olsa, böyük məmnuniyyyətlə çəkilərəm.

- Mərhəmətli və ürəyi yumşaq idmançı qalib ola bilərmi?

- Xeyr. Lakin əgər idmançı rinqdə əsəbləşərsə, bu onun məğlub olması deməkdir. Onda mərhəmət deyil, savaş hissi olmalıdır. Qələbə ruhu, inamı olmasa, o, heç bir zaman qalib olmayacaq.

- Elə bir idmançı olubmu ki, ona yazığınız gəlib və siz döyüşü dayandırmısınız?

- Bəli. Özü təslim olan anda mən artıq geri çəkilmişəm. Bəzən də görürsünüz ki, idmançı özünü sındırmır, rinqdə zərbədən şok vəziyyətinə düşsə belə, döyüşü davam etdirir. Belə hallarda mütləq döyüşə sözügedən döyüşçünün məşqçisi müdaxilə edərək, oyunu dayandırır.

- Sizcə, son zamanlar idmançılar arasında intihar hallarının çoxalması nə ilə bağlıdır?

- Bu, ailədaxili məsələlərlə də bağlı ola bilər, maddi çatışmazlıq və ya karyerada geriləmə ilə... Bilirsiniz, idmançılar güclü olduqları qədər də həssasdırlar və qayğıya sözün əsl mənasında ehtiyacları var.

- Xaricdən dəvət alsanız, digər dövlət üçün döyüşlərə qatılardınızmı?

- Bəli. Gedəcəyim ölkənin bayrağı ilə yanaşı, rinqə öz ölkəmin bayrağını da dalğalandırardım.

- Bizə deyəcək sözünüz vardı...

- Televiziya və sayt əməkdaşlarından xahişim var ki, Azərbaycan uğrunda bayrağımızı dalğalandıran, gecə-gündüz məşlərə qatılaraq öz üzərində çalışan və ölkəmizi layiqincə təmsil edən idmançılara daha çox diqqət ayırsınlar, onların karyeralarını yaxından işıqlandırsınlar...

25 Noyabr 2024 Ançelottidən Arda ilə bağlı açıqlama
20 Noyabr 2024 Yığmanın biabırçılığına xalq şairi də dözmədi
20 Noyabr 2024 Millətlər Liqası: Yüksələnlər və düşənlər...
20 Noyabr 2024 Millimizin məğlubiyyəti Mahiri ağlatdı - Video
19 Noyabr 2024 Bizi ağır matç gözləyir - Emreli
18 Noyabr 2024 Doğru yoldayıq, uğursuzluqdan çıxacağıq - Santuş
18 Noyabr 2024 Fateh Terimdən "Qarabağ"la bağlı paylaşım - Foto
16 Noyabr 2024 Tayson məğlub olmasından danışdı
14 Noyabr 2024 Millətlər Liqası: Oyunları yayımlayacaq kanallar
08 Noyabr 2024 Qurbanov "Qarabağ"ın möhtəşəm qələbəsini belə şərh etdi
08 Noyabr 2024 Neymarın üzüyünü oğurlayıb, satışa çıxartdılar
07 Noyabr 2024 "Qarabağ"ın oyunu bu kanalda yayımlanacaq
05 Noyabr 2024 Oyun zamanı futbolçunu ildırım vurub öldürdü - Video
26 Oktyabr 2024 Bu gün “El Klasiko” var
25 Oktyabr 2024 Türk və erməni idmançı dava etdi - Video
24 Oktyabr 2024 “Traktor” Tacikistan klubunu məğlub etdi
24 Oktyabr 2024 “Qarabağ” və Türkiyə klublarının oyunları bu kanallarda
23 Oktyabr 2024 "Qarabağ" çox ciddi və güclü komandadır - Farioli
23 Oktyabr 2024 Matç zamanı stadionda dəhşət yaşandı - Yaralı var - VİDEO
23 Oktyabr 2024 Futbolçuların “Ayaks”la oyuna hazırlıq səviyyəsi...
23 Oktyabr 2024 Avroliqa: “Qalatasaray” “Qarabağ”ın rəqibinə qarşı
18 Oktyabr 2024 Yamal ən bahalı gənc oyunçusu oldu: Qiyməti…
18 Oktyabr 2024 "Qarabağ" "Kəpəz"i darmadağın etdi
14 Oktyabr 2024 Rumıniya şahmatçısı telefonla tutulub
14 Oktyabr 2024 Erməni əsilli iqtisadçı Nobel mükafatı aldı
14 Oktyabr 2024 Santuşun Azərbaycan dili namusu
12 Oktyabr 2024 Azərbaycan millisinin oyununu qadın hakim idarə edəcək
11 Oktyabr 2024 Məsud Özilin Bakıya səfərinin səbəbi bəlli oldu
11 Oktyabr 2024 "Qarabağ"a qarşı gözəl oyun olmuşdu - Özil
11 Oktyabr 2024 Azərbaycan və Türkiyənin oyunları bu kanallarda