Almaniya çempionatının yeni mövsümünün açılışında “Bavariya” və “Bayer Leverkuzen” qarşılaşıblar.
“Qafqazinfo” xəbər verir ki, son çempion “Bavariya” mövsümə qələbə ilə başlayıb.
Güclü yağış altında oynanan matçda Münhen təmsilçisi rəqibini 3-1 hesabı ilə məğlub edib.
Qeyd edək ki, 1-ci turun digər oyunları 19 və 20 avqustda keçiriləcək.
“Bavariya” – “Bayer Leverkuzen” - 3:1
Qollar: 9 – Sule (1:0), 19 – Tolisso (2:0), 53 – Levandovski (pen, 3:0), 65 – Mehmedi (3:1)