Bu gün UEFA Avropa Liqasının pley-off mərhələsində növbəti oyunlar keçirilib.
“Qafqazinfo” xəbər verir ki, Türkiyənin “Fənərbağça” klubu səfərdə Makedoniyanın “Vardar”ı ilə qarşılaşıb.
Cütün favoriti Türkiyə təmsilçisi göstərilsə də, “Vardar” sürpriz qələbəyə imza atıb. Rəqibini 2-0 hesabı ilə məğlub edən “Vardar” səfər matçına sərfəli nəticə ilə yollanacaq.
Cavab matçı avqustun 24-də keçiriləcək.
“Vardar” – “Fənərbağça” - 2:0
Qollar: 20 – Barseqyan, 90+2 – Mehmet Topal (öz qapısına)
Qırmızı vərəqələr: 89 – Qrnçarov (“Vardar”), 90+3 – Souza (“Fənərbağça”)