UEFA "Kopenhagen"in "Qarabağ"ın futbolçusu Maksim Medvedyevlə bağlı etdiyi şikayətə baxıb.
“Qafqazinfo” xəbər verir ki, “Kopenhagen”in etirazı rədd edib və Maksimə hər hansı bir cəza verilməyib.
Qeyd edək ki, "Kopenhagen" Bakıdakı görüşdə Maksim Medvedyevin Pyer Benqtssonun sifətinə qəsdən zərbə endirdiyini iddia edərək, onun qırmızı vərəqə ilə cəzalandırılmasını tələb edirdi.