Biz Neymarla çox yaxınıq. İstəyirəm ki, o, qalsın. Onun düşdüyü vəziyyəti da bilirəm.
Qol.az-ın məlumatına görə, bu sözləri “Barselona”nın futbolçusu Jerar Pike İspanoya mətbuatına açıqlamasında deyib.
İspaniyalı müdafiəçi komanda yoldaşının yüksək gəlir qarşılığında PSJ-yə keçəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib:
“Hazırda o, nə edəcəyini bilmir. Yaxınları, “Barselona”nın futbolçuları ona düzgün qərar qəbul etməkdə yardım edirlər. Görək, nə olacaq. Neymar dünyanın istənilən komandasında oynaya bilər”.