İspaniyaın “Barselona” klubunun futbolçuları məşq edən zaman qalmaqal baş verib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “AS” nəşri yazıb.
Məlumata görə, Neymar topla məşq zamanı portuqaliyalı Semedunun kobud şəkildə topa müdaxiləsinə sərt reaksiya verib.
Braziliya futbolçu Semedunun üzərinə hücum edərkən yoldaşları buna imkan verməyib.
Qeyd edək ki, son günlərdə Neymarın “Barselona”nı tərk edərək Fransanın PSJ klubuna keçəcəyi iddia olunur.