Azərbaycanlı hakim-inspektor Asim Xudiyev UEFA tərəfindən yeni təyinat alıb.
Axar.az AFFA-ya istinadla xəbər verir ki, A.Xudiyev UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Fənərbağça”(Türkiyə)–“Şturm” (Avstriya) oyununun hakim-inspektoru olacaq.
“Fənərbağça”–“Şturm” oyunu avqustun 3-də İstanbulda keçiriləcək.