UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda “Qarabağ” doğma meydanda “Şerif”lə qolsuz bərabərə qalıb.
"Qafqazinfo" xəbər verir ki, oyundan sonra yarımmüdafiəçisi Riçard Almeyda qarşılaşma haqqında jurnalistlərin suallarını cavablandırıb:
- Bu gün qələbə qazanmamağınıza səbəb nə oldu?
- Əlimizdən gələni etdik. Futboldu, hər şey baş verir. Səfərdə bir oyun da var. Hazırlaşıb müsbət nəticə qazanmaq mümkündür.
- “Qarabağ” rəqibindən belə oyun gözləyirdi?
- Gözləyirdik, bilirdik belə baş verəcəyini. “Şerif” iki taktika ilə oynayır: beşli müdafə və 4-1-4-1 düzülüşü. Hansı sistemlə oynayacaqlarını bilmirdik. Həftə ərzində hazırlaşdıq. Məşqçilərimiz rəqib haqda məlumatlar vermişdilər. Cavab oyununa ciddi hazırlaşacağıq.
- Cavab matçında nəyə ümid etmək olar?
- 90 dəqiqədən sonra bilinəcək. Hansı komanda daha güclü olsa, sevinən tərəf olacaq. Rəqibə hörmət etmək lazımdır. Əlimizdən gələni edəcəyik.
- Öz oyunundan razı qaldın?
- Siz deyin, mən bu haqda nəsə deyə bilmərəm.