Çempionun avtomobil ilə vurduğu ananın vəziyyəti ağırdır.
Bu barədə Axar.az 1 saylı Kliniki Tibbi Mərkəzdən (Semaşko) məlumat veriblər. Mərkəzdən bildiriblər ki, qəza nəticəsində ağır yaralanan 1988-ci il təvəllüdlü Məmmədova Ülkər Dilqəm qızı və onun oğlu, 2014-cü il təvəllüdlü Məmmədov Hüseyn Nicat oğlunu hazırda reanimasiya şöbəsindədir:
“Uşağın vəziyyəti normaldır. Bu gün palataya köçürüləcək. Ancaq ananın vəziyyəti ağırdır”.
Qeyd edək ki, Füzuli küçəsində 90 RR 445 dövlət qeydiyyat nişanlı Honda CR-V markalı avtomobili idarə edən 1948-ci il təvəllüdlü Lyudmila Yeqor qızı Şubina idarə etməni itirərək yolu keçmək istəyən 1988-ci il təvəllüdlü Məmmədova Ülkər Dilqəm qızı və onun oğlu 2014-cü il təvəllüdlü Məmmədov Hüseyn Nicat oğlunu vurub.
Hadisəni törədən sürücü Lüdmila Şubina XXI Yay Olimpiya Oyunlarının həndbol üzrə çempionu olub.