Qələbə qazanacağımıza inanırdıq.
Çünki oyuna ciddi hazırlaşmışdıq. Üstəlik, özümüzə güvənirdik və bacaracağımıza innanırdıq. Yekun isə ortadadı. Amma hələ iki hissəli duelin birinci hissəsini başa vurmuşuq.
Axar.az xəbər verir ki, bu sözləri Avropa Liqasında debütant olmasına baxmayaraq, ilk matçda inamlı qələbə qazanan “Zirə”nin yarımmüdafiəçisi Qabriel Matey APA-ya müsahibəsində deyib.
"Differdanj"la cütün taleyini Bakıda həll etməyə çalışdıq. Amma unutmayaq ki, rəqib avrokubok təcrübəsinə görə bizi qabaqlayır. Onlar qitəmiqyaslı yarışlarda daha çox oyun keçiriblər. İlk görüşdə qazandığımız nəticəni yaxşı hesab etmək olar. Ən vacibi bu qələbəni qol buraxmadan əldə etməyimizdi. Rəqib gözlədiyimiz kimi oynadı. Hər bir oyunun öz axarı, çətinliyi, xüsusiyyəti var. Bakıda 2:0 hesablı qələbə mərhələ adlayacağımız anlamına gəlməməlidir. Yenə deyirəm, biz iki hissəli oyunun birinci hissəsini başa vurmuşuq. Səfərdə daha ağıllı, düzgün oynamalıyıq. Ən vacibi, baş məşqçinin tapşırıqlarını yerinə yetirə bilsək, mərhələ adlayan tərəf ola bilərik", - Matey qeyd edib.