Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunları çərçivəsində “Mladost”un qonağı olan “İnter” 3:0 hesablı qələbə qazanıb.
APA-nın məlumatına görə, bakılıların heyətində, xüsusilə, Adrian Skarlatake Serbiya mətbuatının diqqətini cəlb edib.
Həmkarlarımız Luçani təmsilçisinə cərimə zərbəsindən 2 baxımlı qol vuran müdafiəçini tərifləyiblər. Onlar rumıniyalı futbolçunu döyüşkənliyinə görə İspaniya yığmasının və “Barselona”nın sabiq müdafiəçisi Karles Puyola bənzədiblər. Belə ki, Serbiya mətbuatı dünənki matçın əsas qəhrəmanı olan Skarlatakeni “Azərbaycanın Puyolu” adlandırıb.
Bu nəticə ilə “İnter”in növbəti mərhələnin qapısını araladığı və Bakıda keçiriləcək cavab görüşündən əvvəl yaxşı üstünlük qazandığı vurğulanıb.
Qeyd edək ki, Serbiyadakı qarşılaşmada “İnter”in sonuncu qoluna isə Rauf Əliyev imza atıb.