Qurban Qurbanova məktub

Əvvəla, təşəkkür etməmişdən öncə qeyd edim ki, heç vaxt 90 dəq top arxasıyca qaçan futbolçuları və bu adamlara tamaşa edən qatı azarkeşləri anlamamışam. Bəlkə də bu məntiq əksər xanımlar kimi futbolu sevməməyimdən irəli gəlir... Futbol izləməyi bir növ stress, əsəb, vaxt itgisi hesab etmişəm. Amma,  bəli amma (özü də böyük hərflərlə) “Qarabağ”ın möhtəşəm oyunu mənim bu yanaşmama bir başqa don geyindirdi. Bəlkə də hisslərə qapılıb yazıram, siz bizə 90 dəqiqə ərzində təkcə oyun deyil, millətimizin həmrəyliyini, Qarabağın varlığının sevincini sözün əsl mənasında nümayiş etdirdiz!

Ardını oxu...