Oğuz rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Axar.az Report-a istinadən xəbər verir ki, qəza Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Bayan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Oğuz rayon sakininin idarə etdiyi "Hunday" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb. Nəticədə avtomobildə olan sürücü və Səudiyyə Ərəbistanının iki vətəndaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.