Türkiyədə azərbaycanlı iş adamı çayxanada güllələnib.
Axar.az Lent.az-a istinadla xəbər verir ki, hadisə Bursa şəhərinin Gürsu qəsəbəsində baş verib.
Naməlum şəxslər motosikletlə gələrək, çayxanada azərbaycanlı iş adamını ayağından güllələyiblər.
Zərəçəkən polisə müraciətində onların “Daltonlar” adlanan cinayət qruplaşmasının üzvləri olduğunu deyib. Belə ki, qruplaşmanın üzvü iş adamına yaxınlaşaraq, “Can Daltonun salamı var” deyib və atəş açaraq, onu ayağından yaralayıb. Buna səbəb isə iş adamının başqa bir biznesmenə borclu olmasıdır. Borcu bir müddət gecikdiyi üçün həmin biznesmen adı çəkilən qruplaşmadan azərbaycanlıya “xəbərdarlıq” edilməsini istəyib.