Güney azərbaycanın Xalxal şəhərindən olan 22 yaşlı Məhəmmədrza Xəlili 1 il həbs cəzasına məhkum edilib.
Axar.az xəbər verir ki, bu barədə insan haqları fəalları məlumat yayıb.
Rəşt Məhkəməsinin 18-ci bölməsi azərbaycanlı gənci “vətəndaşları qırğına və münaqişəyə təhrik və sövq etmək”də günahlandırıb.
Qeyd edək ki, Məhəmmədrza Xəlili 15 noyabr 2023-cü ildə sosial mediada “Astaranın (Güney Astara – red.) Ərdəbil əyalətinə birləşdirilməsi” adı altında imza kampaniyası başlatdıqdan sonra həbs edilib.
O, 8 dekabr 2023-cü ildə 2 milyard tümən girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılıb.