Əfqanıstanın cənubundakı Qəndəhardakı bazada yaşayan və demək olar ki, heç vaxt ictimaiyyət arasına çıxmayan Taliban hökumətinin lideri Heybətullah Axundzadə yeni fərman imzalayıb.
Axar.az bildirir ki, bu barədə “Anf News” xəbər verib .
“Hökumət nazirlikləri və qurumlarının işçiləri şəriət normaları əsasında müəyyən edilən vaxtlarda camaatla namaz qılmalıdırlar”, - fərmanda deyilib.
Bildirilib ki, namazı üzrlü səbəb olmadan qılmayan hökumət işçilərinə xəbərdarlıq ediləcək və bu addımı yenidən təkrar etdikdə onlara lazımi cəza veriləcək.