Son xəbərlər

 

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) 13 may tarixindən etibarən 250 dönər satışı həyata keçirilən qida obyektində monitorinqlər keçirib.

Bu barədə Milli.Az-a AQTA-dan məlumat verilib.

Monitorinqlər zamanı qida obyektlərinin sanitar-gigiyenik və sanitar-texniki vəziyyəti qiymətləndirilib. 1 müəssisədə vəziyyət qənaətbəxş hesab olunub, 249 müəssisədə isə bir sıra nöqsanlar aşkarlanıb.

Monitorinqlər zamanı əsasən aşağıdakı uyğunsuzluqlar aşkarlanıb:

- müəssisənin qida təhlükəsizliyi qeydiyyatına alınmadan fəaliyyət göstərməsi və qida təhlükəsizliyi reyestrinə daxil edilməməsi;

- texnoloji ardıcıllıq prinsipinə əməl edilməməsi;

- qida obyektinə qəbul edilmiş xammalların giriş nəzarətinin (müşayiətedici sənəd, orqanoleptiki baxış, temperatur rejimi, baytarlıq arayışı və s.) həyata keçirilməməsi;

- temperatur rejiminə əməl olunmaması;

- yararlılıq müddəti ötmüş xammalın istifadəsinə yol verilməsi;

- dondurulmuş qida məhsullarının donunun açılması (defrostasiya) prosedurunun tələblərə uyğun həyata keçirilməməsi;

- çiy dönər ətinin hazırlanmasında istifadə olunan ətlərin baytarlıq-sanitariya ekspertizasından keçməsini təsdiq edən müvafiq sənədlərlə təmin edilməməsi;

- çiy dönər emalının sanitar-gigiyenik tələblərə uyğun, texnoloji proseslərin icrası üçün lazım olan avadanlıq və inventarla təchiz olunmuş ayrıca sahədə həyata keçirilməməsi;

 
 
 
 
 
 
 

 

- tədarük olunan çiy dönərin istehsalçı və emalçısının qida təhlükəsizliyi qeydiyyatına alınmaması;

- istifadə olunan xammalların minimum keyfiyyətini və təhlükəsizliyini təsdiq edən müvafiq sənədlərlə müşayiət olunmaması;

- işçilər tərəfindən gigiyena qaydalarına tam riayət edilməməsi;

- işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi və tibbi arayışlarla tam təmin olunmaması;

- müəssisənin hər zaman istifadəyə hazır, yetərli miqdarda içməli su sistemləri ilə təchiz olunmaması;

- müəssisədə mütəmadi olaraq təmizlik və dezinfeksiya işlərinin həyata keçirilməməsi;

- qida ilə təmasda olan materialların müvafiq müşayiətedici sənədlərinin olmaması.

Monitorinqlər çərçivəsində 203 müəssisədə 214 toyuq əti və 71 mal əti olmaqla, ümumilikdə 285 dönərdən nümunələr götürülərək müayinə məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Müayinələr nəticəsində 47 müəssisədən götürülmüş 46 toyuq və 16 mal əti olmaqla, ümumilikdə 62 dönər nümunəsində E.Coli və 1 müəssisədən götürülmüş 1 toyuq dönəri nümunəsində L.monocytogenes bakteriyası aşkarlanıb.

152 müəssisədə götürülən 207 dönər nümunəsində hər hansı uyğunsuzluq aşkarlanmayıb. Digər nümunələrin laborator müayinələri davam etdirilir.

Eyni zamanda sınaq nəticəsi uyğunsuz çıxan qida obyektlərində yoxlama aparılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin "Yoxlamaların Vahid Məlumat Reyestri"ndən ümumillikdə 30 çıxarış alınıb.

Aşkarlanmış nöqsanlarla bağlı 23 müəssisə rəhbərliyi barəsində inzibati tədbir görülüb, nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib. Eyni zamanda qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların pozulması ilə bağlı bir sıra uyğunsuzluqlar aşkarlanıb ki, bununla əlaqədar 10 müəssisədə işlərin görülməsi və xidmətlərin göstərilməsinin dayandırılması, 5 müəssisədə isə işçi heyətin üzvünün (üzvlərinin) kənarlaşdırılması ilə bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərarlar qəbul edilib.

Vətəndaşlarda istehlak etdikləri məhsullarla bağlı şübhə yarandıqda, eləcə də qida təhlükəsizliyi sahəsində istehlakçı hüquqlarının pozulması və qanunazidd hallarla rastlaşdıqda, bu barədə konkret faktlarla Agentliyin "1003-Çağrı Mərkəzi"nə məlumat verə bilərlər. Müraciət daxil olduqdan dərhal sonra araşdırmalara başlanılacaq və qanunvericiliyə uyğun müvafiq tədbirlər görüləcəkdir.

20 Noyabr 2024 Falçı Bakıya karqoda qurd yağı göndərdi
20 Noyabr 2024 Özünü 12-ci imam adlandırdı – Məhkəmə
05 Noyabr 2024 Polisin əmrinə tabe olmayan sürücü həbs olundu
28 Oktyabr 2024 Xoruza görə qonşularını məhkəməyə verdi
26 Oktyabr 2024 92 yaşlı qadın dəm qazından boğularaq öldü
25 Oktyabr 2024 Məşhur mağazalar şəbəkəsinin rəhbərinə cinayət işi açıldı
25 Oktyabr 2024 Bakıda “Hunday”la “Kamaz” toqquşdu: ölən var
24 Oktyabr 2024 Aktyor və arvadını qətlə yetirən şəxs həbs edildi
23 Oktyabr 2024 Borş yeyən körpə öldü, anası saxlanıldı
23 Oktyabr 2024 “McDonald`s”da bir nəfər zəhərlənərək öldü
22 Oktyabr 2024 Sitrus bağlarına görə oğlunu güllələyən ata saxlanıldı
22 Oktyabr 2024 Bakıda tuneldə batan gənclər çörək paylayırmış...
21 Oktyabr 2024 Bakıda poçta gələn qəsəbə sakini öldü
21 Oktyabr 2024 Sumqayıtda əməliyyat: 72 yaşlı qadın saxlanıldı
18 Oktyabr 2024 Öldüyünü düşünüb ürəyini çıxarırdılar, dirildi
18 Oktyabr 2024 Sosioloqdan qalmaqallı təklif: "Spirtli içkilər ancaq kafe və restoranlarda satılsın"
18 Oktyabr 2024 Hərbçimiz özünü öldürdü, cinayət işi açıldı
16 Oktyabr 2024 Tovuzda 18 nəfər dönərdən zəhərləndi
14 Oktyabr 2024 Cəlilabad sakinlərindən odlu silahlar götürüldü
14 Oktyabr 2024 Səudiyyə vətəndaşları Oğuzda qəzaya düşdü: yaralılar var
14 Oktyabr 2024 Sabirabadda 135 minlik dələduzluq: saxlanılan var
11 Oktyabr 2024 Məhkəmədə şok ifadə: Öldürsək, mülkləri bizə qalacaqdı…
11 Oktyabr 2024 Qazaxda lotereyadan 425 364 manatlıq cekpot uduldu
11 Oktyabr 2024 Qazaxda 18 tələbə dönərdən zəhərləndi - Yenilənib
10 Oktyabr 2024 Saxta 20 manat verdi, saxlanıldı
09 Oktyabr 2024 Azərbaycanlı iş adamı çayxanada güllələndi
08 Oktyabr 2024 Astaranın qaytarılmasını tələb etdi, həbs olundu
08 Oktyabr 2024 Bakıda fəhlə ölümü: Vəzifəli şəxsə cəza verildi
08 Oktyabr 2024 Hündürlükdən yıxılan kişi xəstəxanada öldü
08 Oktyabr 2024 Qadın qaynı tərəfindən bıçaqlandı