Tovuzda yeniyetməni ildırım vuraraq öldürüb.
Axar.az Report-a istinadən xəbər verir ki, bədbəxt hadisə mayın 31-i axşam saatlarında rayonun Ağdam kəndində baş verib.
Məlumata görə, rayon sakini, 2010-cu il təvəllüdlü Səbuhi Abdullazadəni ildırım vurub. O, hadisə yerində ölüb.