Zaqatalada dönərdən zəhərlənənlərin sayı 40 nəfərə çatıb.
Milli.Az report.az-a istinadən xəbər verir ki, axşam saatlarından başlayaraq toyuq dönəridən zəhərlənərək Zaqatala RMX-nın Təcili Yardım Şöbəsinə müraciət edənlərin sayı 40-a çatıb.
Zəhərlənmə əlamətləri ilə müraciətlər davam etməkdədir.
-------
20:45
07.05.2024
Zaqatalada dönərdən zəhərlənənlərin sayı 10-u keçib.
Milli.Az APA-ya istinadən bildirir ki, zəhərlənənlərin hamısının toyuq ətindən hazırlanmış dönər yediyi məlum olub.
Zəhərlənənlər arasında tələbələrdə var.
Qeyd olunub ki, Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialınında iki tələbəsinin də toyuq ətindən hazırlanmış dönərdən zəhərlənərək Zaqatala RMX-a müraciət ediblər.
Əldə olunan məlumata görə, zəhərlənən şəxslər Zaqatala şəhərinin müxtəlif dönərxanalarında hazırlanmış dönərlərdən istifadə ediblər.
Faktla bağlı müvaviq qrumlar tərəfindən araşdırmalara başlanılıb.
-------
18:31
Zaqatalada ana və iki övladı dönərdən zəhərlənib.
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, axşam saatlarında rayonun Mosul kənd sakini, 1987-ci il təvəllüdlü Aynur Məmmədova və onun iki övladı - 2009-cu il təvəllüdlü Ravil Məmmədov və 2012-ci il təvəllüdlü Ruslan Məmmədov zəhərlənmə əlamətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) müraciət ediblər. Müayinə və aparılan araşdırma zamanı ana və iki övladının dönər yedikdən sonra səhhətlərində narahatlıq yarandığı məlum olub. Hazırda Zaqatala RMX-da onlara tibbi yardım göstərilir.