Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsində 2 nəfərin evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Axar.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1955-ci il təvəllüdlü R.Nəsibova və 2021-ci il təvəllüdlü A.Əlizadə mənzilinin giriş qapısının kilidinin sınması nəticəsində bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıblar.
Xilasedicilər doqquzmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olub, vətəndaşları xilas edərək ailə üzvlərinə təhvil veriblər.