Lerik rayonunda evdən musiqi alətləri oğurlayan şəxslər saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Axar.az-a verilən məlumata görə, Lerik rayonu ərazisindəki evlərdən birindən gecə saatlarında naməlum şəxslərin gitara, saz və məişət əşyaları oğurlaması barədə polis məlumat daxil olub.
Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin cinayət əməlini törətməkdə şübhəli bilinən rayon sakinləri Elariz Məmiyev və İsmayıl İsmayılzadə saxlanılıblar. Onlar sözügedən ünvana içərisində xeyli məbləğdə pul olan seyf və ya kassa olduğunu güman etdikləri üçün daxil olublar. Pul və zinət əşyası tapa bilmədikdə isə musiqi alətləri və məişət əşyası oğurlayıblar. Hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar aparılır.