Azərbaycan Dövlət Pantomima Teatrının külli miqdarda mənimsəmədə təqsirləndirilən əməkdaşı Aytən Kərimovanın cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Axar.az Report-a istinadən xəbər verir ki, bu barədə qərar Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə elan edilib.
Belə ki, prokuror Orxan Səmədov təqsirləndirilən şəxsin 7 il müddətinə azadlıqdan məhrum edilməsini və onun məhkəmə zalında həbs edilməsini istəyib.